Kavaklıdere (şərabçılıq) — 1929-cu ildə Ankarada qurulan şərab zavodu və burada istehsal edilən şərab markası. Cenap And tərəfindən qurulan şirkət, adını Çankayanın Kavaklıdere rayonundan və oradan keçən, eyni adlı dərədən götürüb. Əvvəllər Kavaklıdereyə məxsus olan ərazidə inşa edilən Ankara Şeraton Otelinin binası Kavaklıdere Şərabları şüşəsindən ilhamlanıb. Kavaklıdere Şərabları həm də Türkiyədə özəl sektor tərəfindən istehsal edilən ilk şərabdır.[1].
Kavaklıdere | |
---|---|
İstehsalçı | Kavaklıdere Wines Co., Ltd. |
Mənşəsi | Türkiyə |
Yaradıldığı il | 1929 |
www.kavaklidere.com |
Kavaklıdere Şərabları İç Anadolu, Egey və Şərqi Anadoluda üzüm bağlarından yığılan üzümlərdən istehsal olunur. İç Anadoluda üzüm bağları Ankaranın Akyurt və Kalecik rayonlarında, Nevşehirin Gülşehir mahalında və Kırşehirin Toklümen qəsəbəsində yerləşir. Ege üzüm bağları Manisa Kemaliyedəki Pendore üzüm bağlarından və Dənizlidəki Güney üzüm bağlarından ibarətdir. Şərqi Anadoluda üzüm Elazığın Aydıncık rayonunda istehsal olunur. Şirkətin ümumilikdə 645 hektar üzüm bağı var.[2]