Kaxeti üsyanı (1812)

1812-ci ilin yanvar ayında başlanan və Gürcüstanın bir çox kəndlərinə yayaılan Kaxeti üsyanı Gürcüstanda çar Rusiyasına qarşı yönəlmiş ən böyük üsyanlardan biri olmuşdur.[1] İran və Osmanlı imperiyası ilə müharibə zamanı aclıq və vəba şəraitində kəndlilərdən ərzaq vergisi ödəmələri tələb olunur, məhsullar zorla, rekvizisiya yolu ilə alınırdı. Kəndlilərin kortəbii, ədalətli mübarizəsi müstəmləkə və sosial zülmə qarşı yönəlmişdi. İri feodallar isə kəndlilərin mübarizəsindən öz mürtəce məqsədlərinə- siyasi cəhətdən parçalanmış Gürcüstanın bərpasına nail olmaq üçün istifadə edirdilər. Yanvarın 31-də Axmeta kəndində kortəbii və gözlənilmədən baş vermiş üsyan fevralın 1-də Tianetidə şiddətləndi. Kaxetinin kəndlərində qanlı döyüşlər gedirdi. Bundan sonra üsyan dərhal bütün Kaxeti boyunca Siqnaxiyə yayıldı.

Kaxeti üsyanı
Yeri
Flipp Osipoviç Pauluççi (1779–1849)

Kəndlərdə yerləşdirilirən rus əsgərləri hücuma məruz qalır və öldürülürdülər. Kəndlilər Rus qoşunlarının alay qərargahının binalarını dağıdıb yandırdılar. İtkilərin sayı çox idi. Fevral ayında Bodbisxevi kəndi yaxınlığında gedən döyüş zamanı kəndlilərin çox hissəsi həlak oldu. Cəza dəstələrindən isə 1146 nəfər həlak oldu və yaralandı. Bu zaman Rusiya ordusunda xidmət edən əslən italyan Markiz Paulucci Gürcüstanda baş komandan təyin edildi.

Üsyanın yatırılmasına şəxsən Paulucci rəhbərlik edirdi. Edam edilən kəndlilərin sayı 13, öldürülənlərin sayı isə 520 nəfər idi. Kəndlilər fiziki cəzaya məruz qaldılar və Sibirdə ağır işlərə göndərildilər. 1812-ci ilin martında Kaxeti sanki "sakitləşdi". Ayrı-ayrı üsyançı qruplar oktyabr ayına qədər döyüşləri davam etdirdilər.[2] 1812-ci il üsyanı kəndlilərin müstəmləkə və sosial zülmə qarşı kütləvi üsyanı idi. Bu üsyan rus avtokratiyasını Gürcüstan əhalisinin tələblərini daha çox nəzərə almağa, idarəetmə sistemində baş vermiş özbaşınalıq və sui-istifadə hallarını aradan qaldırmaq üçün tədbirlər görməyə məcbur etdi.

  1. "Arxivlənmiş surət". 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  2. Н.А.Бердзенишвили, В.Д.Дондуа, М. К.Думбадзе История Грузии. Тбилиси 1962, 253с. с.214–215.