Kayseridə ilk bələdiyyə təşkilatı 1869-cu ildə qurulmuşdur. İlk bələdiyyə başçısı şəhərin nüfuzlu sakinlərindən biri olan Mollaoğlu Mustafa Ağa olmuşdur. 14 dekabr 1988-ci il tarixli Rəsmi Qəzetdə dərc edilən və 3508 sayılı qanunla Kayseri Bələdiyyəsi Böyükşəhər Bələdiyyəsi statusunu əldə etdi və eyni qanunla Məlikqazi və Qocasinan adlı iki bələdiyyənin yaradılması qərara alındı.[1] Bu qanun 1 yanvar 1989-cu qüvvəyə minmiş və şəhər böyükşəhər statusunu qazanmışdır. 26 mart 1989 tarixində keçirilmiş seçki ilə Niyazi Bağçacıoğlu Böyükşəhər Bələdiyyə Başçısı seçildi.[2]
Kayseri Mərkəzi Anadolunun 3-cü, Türkiyənin ən böyük 14-cü şəhəri olma xüsusiyyətini daşıyır. Şəhərin təxminən 1,5 milyon əhalisi və cəmi 16 ən böyük məskunlaşma mərkəzi mövcuddur. Türkiyə Böyük Millət Məclisinin 30 mart 2013-cü Yerli Seçkilərdən sonra qəbul edilən və 15 aprel 2013-ci ildə Rəsmi Qəzetdə yayımlanan 6360 sayılı qanun ilə şəhərin 16 ilçəsi olduğu təsdiq edilmişdir. Böyük sahəsi olan Kayserinin ən böyük ilçələri Qocasinan, Məlikqazi, Dəvəli və Talasdır.[3]
1924-cü ildə Kayserinin qurulması ilə İncəsu[4], Dəvəli[5], 1926-cı ildə Pınarbaşı[6], 1946-cı ildə Sarız[7], 11 iyun 1946-cı il 5071 qanun ilə Yaşılhisar[8], 19 iyun 1953-ci il 7033 saylı qanun ilə Fəlahiyyə[9] və Tomarza[10], 1954-cü ildə Yəhyalı[11], 1960-cı ildə Sarıoğlan[12], 19 iyun 1987-ci il 19507 saylı qanun ilə Ağqışla[13], 21 avqust 1987-ci il 3992 saylı qanun ilə Talas[14], 9 sentyabr 1988-ci il 6360 saylı qanun ilə Bünyan[15], 7 dekabr 1988-ci il 3508 saylı qanun ilə Qocasinan[16], 14 dekabr 1988-ci il 3508 saylı qanun ilə Kayserinin ən böyük ilçələrindən olan Məlikqazi[17], 9 may 1990-cı il 20523 saylı qanun ilə Özvətən[18], 16 may 1990-cu il 3647 saylı qanun ilə Hacılar[19] ilçə statusu qazanmışdır.
Kayseri ilçələrinin ümumi əhalisi, əhali sıxlığı, məhəllə sayı, gerbi, şəkli və yeri aşağıdakı cədvəldə verilmişdir:
№ | Gerb | İlçə adı | Sahəsi (km²) |
Ümumi əhalisi (2018) |
Əhali sıxlığı (nəfər/km²) |
Məhəllə sayı | Bələdiyyə başçısı | Şəkil | Xəritə |
---|---|---|---|---|---|---|---|---|---|
1 | Ağqışla (türk. Akkışla) |
||||||||
2 | Bünyan (türk. Bünyan) |
||||||||
3 | Dəvəli (türk. Develi) |
||||||||
4 | Fəlahiyyə (türk. Felahiye) |
||||||||
5 | Hacılar (türk. Hacılar) |
||||||||
6 | İncəsu (türk. İncesu) |
||||||||
7 | Qocasinan (türk. Kocasinan) |
||||||||
8 | Məlikqazi (türk. Melikgazi) |
||||||||
9 | Özvətən (türk. Melikgazi) |
||||||||
10 | Pınarbaşı (türk. Pınarbaşı) |
||||||||
11 | Sarıoğlan (türk. Sarıoğlan) |
||||||||
12 | Sarız (türk. Sarız) |
||||||||
13 | Talas (türk. Talas) |
||||||||
14 | Tomarza (türk. Tomarza) |
||||||||
15 | Yəhyalı (türk. Yahyalı) |
||||||||
16 | Yaşılhisar (türk. Yeşilhisar) |
Ümumi statistika
№ | Gerb | Vilayət | Mərkəz | Sahəsi (km²) |
Ümumi əhalisi (2018) |
Əhali sıxlığı (nəfər/km²) |
İlçə sayı | Xəritə |
---|---|---|---|---|---|---|---|---|
1 | Kayseri ili (türk. Kayseri ili) |
Kayseri |