Kayseri terror hücumu (türk. 2016 Kayseri saldırısı) - 2016-cı ilin 17 dekabr tarixində yerli vaxtla saat 08:45-də Türkiyənin Kayseri şəhərində yerləşən Ərciyəs Universitetinin qarşısında Türkiyə Silahlı Qüvvələrinin personalına qarşı törədilmiş terror aktı.[1] I nömrəli Komando Birliyininin əsgərlərini daşıyan avtobusunun partladılması nəticəsində 13 hərbçi həlak olub, 55-i yaralanıb. Ölkənin baş naziri Binəli Yıldırım baş vermiş terror aktını terrorçu-kamikadzenin törətdiyini bildirib.[2]
Kayseri terror hücumu | |
---|---|
Türkiyə-PKK münaqişəsi | |
Hücum yeri |
Məlikqazi, Kayseri, Türkiyə |
Hücum hədəfi | I nömrəli Komando Birliyininin əsgərləri |
Vaxt |
17 dekabr, 2016 08:45 (UTC+3) |
Silah | partlayıcılar |
Həlak olanlar | 15 nəfər hərbçi |
Yaralılar | 55 nəfər |
Terror aktının hədəfi kimi I nömrəli Komando Birliyininin əsgərlərinin seçilməsi ölkə mətbuatı tərəfindən geniş müzakirə olunmuşdur. Xüsusi təyinatlı əsgərlərdən formalaşdırlmış I nömrəli Komando Birliyi Türkiyənin Şərqində PKK yaraqlılarına qarşı aparılan hərbi əməliyyatlarda fəal iştirakı ilə tanınmışdır. Türkiyə mətbuatıda bu hədəfin təsadüfü seçilmədiyini bildirməkdədir.[3][4][5]