Kazım Əliverdibəyov

Əliverdibəyov Kazım Ağalar bəy oğlu (27 noyabr 1934, Bakı19 dekabr 2022, Bakı) — dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1978). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2010)

Kazım Əliverdibəyov
Kazım Ağalar bəy oğlu Əliverdibəyov
Ümumi məlumatlar
Doğum tarixi 27 noyabr 1934(1934-11-27)
Doğum yeri
Vəfat tarixi 19 dekabr 2022(2022-12-19) (88 yaşında)
Vəfat yeri
Atası Ağalar bəy Əliverdibəyov
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1978

Kazım Ağalar bəy oglu Əliverdibəyov 27 noyabr 1934-cü ildə Bakıda dünyaya göz açıb.1944-54-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacibəyli adna Bakı Musiqi Akademiyası) nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinin skripka sinfində oxuyub. Orta təhsilini bitirdikdən sonra konservatoriyanm Xor dirijorluq fakültəsinə daxil olub. 1957-ci ildə, hələ tələbə ikən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) dirijor vəzifəsinə dəvət olunub. 1959-cu ildə ali təhsilini başa vurub. Bir il sonra dirijorluq fəaliyyətini Azərbaycan Dövlət Akademiyası Opera va Balet Teatrında davam etdirib.[1]

1978-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına, 1981-ci ildə dosent, 1991-ci ildəsə professor elmi adına layiq görülüb.

Kazım Əliverdibəyov 19 dekabr 2022-ci ildə vəfat edib.[2]

Teatrın repertuarına daxil olan bir çox opera və balet tamaşalarını – "Leyli və Məcnun", "Aşıq Qərib", "Gəlin qayası", "Şah İsmayıl", "Vaqif", "Madam Batterflyay", "Sevilya bərbəri", "Karmen" operaları, eyni zamanda "Don Kixot" (Minkus), "Jizel", "Xəzər balladası, "Bolero", "Karmen-süita", "Paxita", "Şopeniana" baletlərini idarə edir.

Teatrda çalışmaqla yanaşı, 1963-cü ildən Azərbaycan Dövlət Konservatoriyasının Opera hazırlıgı va xor dirijorluq fakültəsində dirijorluqdan dərs deməyə başlayıb.1985-ci ildə konservatoriyada, çalışdığı fakültədə kafedra müdiri vəzifəsinə təyin olunub. Üç il sonra Azarbaycan Dövlət Opera va Balet Teatrının baş dirijorluğu ona həvalə edilib.

1996-cı ildə Turkiyə dövlətindən dəvət gəlib. Bu tarixdən etibarən Kazım bəy on il orada yaşayıb. İzmirdəki 9 Eylül Universitetində simfonik orkestrə rəhbərlik edib və eyni zamanda dirijorluqdan dərs deyib.

2006-cı ildə Bakiya qayıtdıqdan sonra yenidən Opera va Balet Teatrında fəaliyyətini davam etdirib. Eyni zamanda, Bakı Musiqi Akademiyasınn opera hazırlığı kafedrasının əməkdaşı kimi tədrislə məşğul olub. 2010-cu ildə Opera va Balet Teatrındakı vəzifəsiylə vidalaşıb. O vaxtdan bu yana Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma va opera hazırlığı kafedrasının professoru kimi çalışıb.[1][3]

  • Azərbaycan SSR əməkdar incəsənət xadim — 10.01.1978[3]
  • Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 21.05.1970[4]
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 31.05.2010.[5]
  1. 1 2 "Arxivlənmiş surət". www.anl.az. 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-16.
  2. "Kazım Əliverdibəyov vəfat etdi". Pravda.az. 2024-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-16.
  3. 1 2 Respublikanın teatr xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 10 yanvar 1978-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  4. Parisdə Beynəlxalq rəqs festivalının ən çox fərqlənmiş iştirakçılarının Azərbaycan SSRİ Ali Sovetinin fəxri fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 21 may 1970-ci il tarixli Fərmanı Arxivləşdirilib 16 yanvar 2020 at the Wayback Machineanl.az saytı
  5. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]