Kazım Can

Kazım Şahin oğlu Cəbrayılov (2 fevral 1985, Cəlilabad) — Kazım Can adı ilə tanınan azərbaycanlı müğənni, bəstəkar, mahnı müəllifi və aranjimançı.[2] Muğam 1998 festivalının laureatı.

Kazım Can
Ümumi məlumatlar
Doğum tarixi (38 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni[1]
Fəaliyyət illəri 1993-cü ildən
Janrlar Pop, xalq

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Kazım Cəbrayılov 2 fevral 1993-cü il tarixində Cəlilabadda anadan olub. 1993-cü ildən 2002-ci ilə qədər Bülbül adına Orta Ixtisas Musiqİ Məktəbİndə Əlibaba Məmmədovun sinifində təhsil alıb. 1999-cu ildə - "Gənclik 99" musiqi müsabiqəsinin qalibi olub. 2003 cü ildən 2005-ci ilə qədər «Mərc Şou» layihəsində «Aypara» qrupu ilə birgə çıxış etmişdir. 2005-ci ildə Rusiyanın Ren tv kanalının «Студенты» serialının soundtrekini Aypara qrupu ilə birgə ifa edib.[3] 2016-cı ildən solo fəaliyyətə başlayır və Mərkəz Production-da "O da belə getdi", "Qlukoza", "Əqrəblər" adlı mahnılar yazdırır.[4][5][6] 2017-ci ildə Aftermad musiqi leyblı ilə əməkdaşlığa başlayıb. “Dağıdaram” , “Mənimlə” kimi hitləri ifa edir.[7][8] O, Aygün Kazımova "Dəli Fikirlər" , Faiq Ağayev "Ay Aman" , Rahidə Baxışova «Sənə Dəliyəm» və bir neçə mahnıların müəllifi və aranjımançısıdır.[9][10][11][12][13]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • "Muğam-98" festivalının laureatçısı
  • "Yaşıl yarpaqlar-93" ümumrespublika müsabiqəsinin qalibi
  • "Gənclik-99" mahnı müsabiqəsinin qalibi

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Mahnılar[redaktə | mənbəni redaktə et]

  • O da belə getdi (2017) [5]
  • Ay qız (2017)
  • Qlukoza (2017) [6]
  • Əqrəblər (2017)
  • Dağıdaram (2018) [7]
  • Mənimlə (2019) [8]
  • Ömrüm (2019)
  • Fevral (2020)
  • Dost (2021)
  • Aşiq olmusan (2023)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Kazım Can yenidən özünə toy etdi FOTOLAR". Sia.az (az.). Səs İnformasiya Agentliyi. 23 aprel 2019 tarixində arxivləşdirilib.
  2. "Rauf Can konsert verəcək". baku.ws (rus). 27 iyul 2021 tarixində arxivləşdirilib.
  3. "Айпара: Понаехали тут слова песни". tekstovoi.ru. 29 iyul 2021 tarixində arxivləşdirilib.
  4. "Новая восходящая звезда азербайджанского шоу-бизнеса (видео)". baku.ws (rus). 27 iyul 2021 tarixində arxivləşdirilib.
  5. 1 2 "Танцуют все! Молодой певец Казым Джан презентовал дебютный клип - ФОТО – ВИДЕО". 1news.az (rus). 29 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2021.
  6. 1 2 "Şanson musiqisini sevənlər üçün yeni mahnı: "Qlükoza"". baku.ws (az.). 28 iyul 2021 tarixində arxivləşdirilib.
  7. 1 2 "Kazım Can "Tap Qazan"da - "Dağıdaram"". aqreqator.az (az.). 8 Oktyabr 2019 tarixində arxivləşdirilib.
  8. 1 2 "Kazım Candan yeni klip - "Mənimlə"". news24.az (az.). 27 iyul 2021 tarixində arxivləşdirilib.
  9. "Faiq Ağayev "Aman" dedi". Publika.Az (az.). 27 iyul 2021 tarixində arxivləşdirilib.
  10. "Faiq Ağayev "Aman" dedi". aqreqator.az (az.). 27 iyul 2021 tarixində arxivləşdirilib.
  11. "Aygünün "Dəli fikirlər"i". axsam.az (az.). 22 iyul 2021 tarixində arxivləşdirilib.
  12. "Aygün Kazımova "Dəli fikirlər"ini təqdim etdi". news24.az (az.). 27 iyul 2021 tarixində arxivləşdirilib.
  13. "Murad Dadaşovun dünya şöhrətli layihəsi efirə çıxdı". baku.ws (rus). 27 iyul 2021 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]