Hüseynov Kazım Yusif oğlu (15 may 1914, Bakı – 3 oktyabr 1993, Bakı) — Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (1944).
Kazım Hüseynov | |
---|---|
Doğum tarixi | 15 may 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 3 oktyabr 1993 (79 yaşında) |
Vəfat yeri |
Kazım Hüseynov 1914-cü il may ayının 15-də Bakıda anadan olub.
Tetar fəaliyyətinə Azərbaycan Akademik Milli Dram Teatrında kiçik rollarla başlayıb. 1936-cı ildən həyatını Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə bağlayıb. Kazım Hüseynov Naxçıvan teatrının səhnəsində Şeyx Mərvan, Keykavus ("Şeyx Sənan", "Səyavuş" H. Cavid ), Şahbaz bəy ("Eşq və intiqam", S.S. Axundov), Pristav ("Qatır Məmməd" Z. Xəlil), Möhnət ("Məhsəti" K.Ağayeva), Dəmirçi ("Toy" S. Rəhman), Səlim bəy ("Qaçaq Nəbi", S. Rüstəm), Cavad ("Nadir şah", N. Nərimanov), Hacı Baxşəli ağa ("Ölülər", C.Məmmədquluzadə) və başqa uğurlu rollar yaradıb.
K. Hüseynovun Səməd Vurğunun "Vaqif" dramında yaratdığı Qacar obrazı onu Azərbaycan teatr tarixində bu rolun bənzərsiz ifaçısı kimi tanıdıb. Onun Naxçıvan teatrının səhnəsində oynadığı rollar dolğunluğu, kamilliyi ilə yaddaşlarda yaşamaqdadır.
1944-cü ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layıq görülüb.
Bütün həyatını Naxçıvan teatrının inkişafına həsr edən Kazım Hüseynov 1993-cü il oktyabrın 3-də Bakı şəhərində vəfat edib.