Kazım Feyruz oğlu Həsənquliyev — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006).
Kazım Həsənquliyev | |
---|---|
Kazım Feyruz oğlu Həsənquliyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Teatr | Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı |
Mükafatları |
Kazım Həsənquliyev 1968-ci ildə aprel ayının 12-də Bakı şəhərində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. Aktyor tələbəlik illərində "Mənim ağ şəhərim" (Rövşən) filminə çəkilib. Ə.Hacızadənin "İtkin gəlin" (Yusif), O.Kamalın "Yad qızı" (Haldun) və İ.Əfəndiyevin "Qaçaq Süleyman" (Qaçaq Rəşid) silsilə televiziya tamaşalarında oynayıb.
1994-cü ildən Akademik Milli Dram Teatrının kollektivinə qəbul edilib. Teatrda işlədiyi illər ərzində o, həm klassik, həm də çağdaş milli və əcnəbi dramaturqların pyeslərinin tamaşalarında dram obrazlarını canlandırıb.
Kazım Həsənquliyev 16 may 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 1 may 2017-ci ildə[1], 9 may 2018-ci ildə[2], 10 may 2019-cu ildə[3], 10 may 2022-ci ildə[4], 6 may 2023-cü ildə[5] və 9 may 2024-cü ildə[6] Prezident Mükafatına layiq görülmüşdür.
Akademik Milli Dram Teatrın