Canavar balası — 1997-ci il Azərbaycan istehsalı dram, triller, müharibə janrında film.
Canavar balası | |
---|---|
Fayl:Canavar balası (film, 1997).jpg | |
Janr |
dram triller müharibə |
Rejissor | Mərahim Fərzəlibəyov |
Ssenari müəllifi | Ağarəhim Rəhimov |
Baş rollarda |
İftixar Piriyev — Nofəl Həsən Məmmədov — Yusif kişi Səmayə Sadıqova — Səriyyə arvad |
Operatorlar |
Rüstəm Zülalov Elçin Quliyev |
Bəstəkar | Cavanşir Quliyev |
Rəssam | Ağarəhim Əliyev |
İstehsalçı | Azərbaycan Televiziyası |
İlk baxış tarixi | 1997 |
Filmin növü | tammetrajlı bədii televiziya filmi |
Müddət | 100 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1997 |
Texniki məlumatlar | videofilm |
Rəng | rəngli |
Tanrı hər kəsə bir ömür verir. Elə bir ömür ki, həyatının kandarından tutmuş sonuna doğru uzanır. Filmin adı rəmzi xarakter daşıyır. Azərbaycanlı ailəsində böyüyüb boya-başa çatan erməni əsilli Nofəl (İftixar Piriyev) hərbi xidməti zamanı vətənə xəyanət edir, hərb planlarını pul xatirinə ermənilərə satır. Nofəlin erməni olduğunu onu övladlığa götürən ata-anası Nofəlin məhkəməsinə qədər gizli saxlayır. Məhkəmə prosesi zamanı Nofəlin dövlətə, vətənə xəyənət etməsi ortaya çıxanda Nofəlin atalığı Yusif kişi (Həsən Məmmədov) onun erməni olduğunu və uşaq ikən onu meşədən tapıb böyütdüyünü açıqlayır…