Kazım Xanlar oğlu Qurbanov (12 avqust 1988, Bakı) — Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Milli Olimpiya Komitəsinin üzvü[1]
Kazım Qurbanov | |
---|---|
Kazım Xanlar oğlu Qurbanov | |
Doğum tarixi | 12 avqust 1988 (35 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Dini | islam |
Təhsili | |
Fəaliyyəti | Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti |
Mükafatları | Azərbaycan Respublikasının Əməkdar məşqçisi |
Kazım Xanlar oğlu Qurbanov 1988-ci il 12 avqust-da Bakı şəhərində anadan olub. 1995-ci ildə Yasamal rayonu 21 saylı orta məktəbin 1-sinifə daxil olub. 2006-cı ildə həmin məktəbin 11 sinifini bitirib. 2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi" fakultəsində təhsil almışdır.
Xanlar Qurbanovun oğludur.[2]
2012-ci ildə AMİNA-nın vitse-prezidenti seçilib. 2019-cu il bu etimad 1-ci vitse-prezidentliyə qədər yüksəlib. 2014–2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin idman klubunun sədri olub. Bakı-2017 İslam oyunlarında Azərbaycan zorxana millisinin nümayəndə heyətinin rəhbəri olub. 2018–2020-ci illərdə "Gömrükçü" idman klubunda inspektor işləyib. 2020-ci il 12 noyabrda milli idman növləri assosiasiyasının növbədənkənar konfransında keçirilən seçkidə yekdilliklə prezident seçilib.[3]