Keçə şoranı

Keçə şoranı - (lat. Salsola tomentosa (Moq.) Spach.) Tərəçiçəkkimilər – (Chenopodiaceae Vent.) fəsiləsinə aid bitki növü.

Keçə şoranı
Elmi təsnifat
Beynəlxalq elmi adı

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c; B2ab (i,ii, iii, iv, v). Azərbaycanın nadir növüdür.[2]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Gövdəsi və yarpaqları uzun və bozumtul tüklərlə örtülü olan, əsasından güclü budaqlanan, 20-50 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları 15 mm uzunluqda, 1-2 mm enində, xətvari, yarımsilindrikdir. Çiçəkyanlığının yarpaqcıqları bitişikdir, düz, uzun tüklərlə örtülüdür. Meyvələmədə çiçəkyanlığı ilə birlikdə 6-8 mm dimaetrində olan narıncı, sonradan qaralan, qanadları böyrəkvari və ya tərs-yumurtavaridir. Tozluğu lansetvari, yumşaq, tezqopan, çıxıntılıdır. Dişicik ağzı demək olar ki, sütuncuğa bərabər, bizvaridir [3][2][4].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə - meyvə əmələgətirmə dövrü may-oktyabr aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Dağətəyində, şorakər torpaqlarda taxıllı-şorangəlik qruplaşmaları əmələ gətirir. [3][2][5][6]

Yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvan düzənliyi (Culfa rayonu-Darıdağ ətrafı, Babək rayonu - Böyükdüz kəndi ətrafı). [2][7][8]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyasında növlərin sayı azalır, yaşama ərazisi məhdudlaşır. [2]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (otarılma, tapdalanma). [2][9]

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Mühafizə üçün xüsusi tədbirlər aparılmır. [2][10] Yayılma yerlərində antropogen təsiri azaltmaq üçün yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Akhani H., Edwards G., Roalson E. H., Roalson E. H. Diversification of the old world Salsoleae s.l. (Chenopodiaceae): Molecular phylogenetic analysis of nuclear and chloroplast data sets and a revised classification (ing.). // International Journal of Plant Sciences University of Chicago Press, 2007.Vol. 168, Iss. 6. P. 931–956. ISSN 1058-5893; 1537-5315 doi:10.1086/518263
  2. 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.
  3. 1 2 Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  4. Флора Азербайджана, 1952
  5. Ахундов Г.Ф., Гогина Е.Е., Прилипко Л.И., 1978
  6. Hacıyev V.C., Musayev S.H., 1996
  7. Гроссгейм А.А., 1945
  8. Мовсумова Ф.Г., 2005
  9. Мовсумова Ф.Г., 2006
  10. Мовсумова Ф.Г., 2009