Keçəbudaq gəvən

Tüklü gəvən (lat. Astragalus piletocladus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Tüklü gəvən
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Türkmənistandaİranda təbii halda yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1 m-dək olan, yuxarı hissəsi seyrək budaqlı koldur. Gövdələri düz dayanan, budaqları çoxsaylı, qalın, uzun və ya qısa, əyilmiş, uzunluğu (2) 3-3,5 sm olan, horizontal iynələrlə sıx örtülmüşdür. Yalançı zoğları yumurtavari, uzunluğu təxminən 0,8-1 sm, ağ keçəli, ucu nazik, biz, möhkəm, bərkdir. Yarpaqları növbəli, ucu iynəlidir, böyümə prosesində bərkiyir və yaşlı budaqlarda yalançı zoğlarla birlikdə qalır. Xırda yarpaqları 6-8 (10) cüt, saplaq iynəsindən qısa, neştərvari və ya neştərvari-uzunsov olub, uzunluğu 2-5 mm, eni 1-2 mm, novşəkilli düzülmüş, iki tərəfdən qısa tüklü, ağımtıl və ya yaşılımtıldır. Çiçək altlıqları xətvari, ucu tüklü, yarpaqların qoltuqlarında iki ədəd, birillik budağın uzunluğu boyunca uzunsov, eni təxminən 1-1,5 sm olan sünbülvari çiçək qrupunda yerləşir. Kasacığın uzunluğu 5-7 mm, təxminən bünövrəsinədək qısa, ağ tükcüklü, dişcikləri konusvari borucuğun yarısına bərabərdir. Çiçək tacı açıq sarı, uzunluğu 8-10 mm-dir. Yelkənin eni təxminən 2 mm, enli dırnaqcıqdan 2-3 dəfə qısadır. Paxlaları yumurtavari, tükcüklü, uzunluğu təxminən 4 sm, eni 1,5 sm, bir toxumlu, açılmayan, sıx tükcüklərlə örtülmüşdür.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Qumsal torpaqlarda, qayalıq və daşlıqlarda, dəniz səviyyəsindən 1000-1400 metr yüksəkdə bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR, Culfada, Lənkəranda, Masallıda çox az rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Müalicəvi məqsədlər.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov