Keşik (monq. хишигтэн; — «hökmdarın yaxın və sadiq qulları»)[1] — Çingiz xan tərəfindən yaradılmış Böyük Monqol imperiyasında xanın şəxsi qvardiyası.
Böyük Monqol imperiyasında ayrıca cangüdənlər dəstəsi- keşik yaradıldı. Keşik iki hissədən ibarət idi. Kebtaul- axşam qoruyucuları və turxaud-gündüz qoruyucuları. Keşik monqol qvardiyasını təşkil edirdi.
Temuçinin yaratdığı bu idarəetmə aparatı köhnə qəbilə institutlarından fərqlənirdi. Bu aparat xanın iradəsi ilə yaradılmışdı, onun nökərləri, sadə xalqın- aratların üzərində ağalığını təmin edirdi. Bu dövlət qurumuna bənzəyən aparat xanın maraqlarını müdafiə edirdi.
Qvardiyaçı-keşikçilər nizam-intizamın pozulmasına görə çox ağır cəzaya məhkum edilirdilər. Keşik təkcə Çingiz xanın şəxsi mühafizəsi deyildi, o həm də sıravi aratlar-maldarlar və ovçular üzərində çöl (səhra) aristokratiyası hakimiyyətinin saxlanmasını təmin edən əsas qüvvə idi. Sərkərdələr və dövlətin görkəmli mənsəb sahibləri məhz qvardiyadan seçilirdi.[2]
“Gizli tarix”in 10-cu bölümü yenə “Növbət və xidmətçilərinin düzənlənməsiylə, qarluq və uyğurların öz istəkləriylə tabe olmaları” bəhsini ehtiva etmektedir. Burada Çingiz xanın bir vəsiyəti vardır: “Bundan önce doxsan bes minliyin içərisindən seçilmək surətiylə bizə gələrək iltihaq edib, bir tümən təskil etmiş olan "yençu kesiktenlər"imə (əməkdar mühafizlərimə), bizdən sonra nəsildən-nəsilə gələcək olan oğullarımız yaxşı yanaşsınlar, onlara mənim vəsiyətim kimi baxsınlar və azarlamasınlar. Bir tümənlik bu mühafiz dəstəsi, məni həqiqətən bir mələk kimi qorumuşdular”, deyirdi.[3]
“Monqolların Gizli Tarixi”nde qarsımıza çıxan turqak kəlməsi hər halda Türkcədir. Tərcüməçi Asım əfəndi, türk dilindən fars dilinə keçmis olan bu sözü "gecə qarovulçusu" olaraq interpretasiya etmişdir. Əbülqazi Bahadır xana göre, “padışahı qoruyan şəxslərə turqaklar deyirdilər”. Yene Türk ədəbiyyatının bir başqa şah əsəri olan "Kutadgu Biligdə “qapıçı, növbətçi”[4] deməkdir. Türk dilinin ən əski kəlimələrindən biri olan bu söz, Çingiz xan ilə elxanlılar çağında böyük bir önəm daşımağa başladı. Cüveyni də, turğak sözünü mühafiz mənasında bildirir. F. Rəşidəddinə görə, bu “gündüz növbətçisi” deməkdir.[5]