Monqol imperiyası

Monqol imperiyası (monq. Их Монгол Улс), köhnə mənbələrdə Monqol feodal imperiyası[1] — XIII əsrdə yaranmış Monqol imperiyası.

Xaqanlıq
Monqol imperiyası
Их Монгол Улс
 
 
 
 
1206 — 1368

Paytaxt Avarqa (1206-1235),
Qaraqorum (1235-1260),
Xanbalıq (1271-1368)
Ən böyük şəhər Səmərqənd , Xanbalıq, Bağdad
Rəsmi dilləri Monqol dili , türk dilləri, Çin dili, fars dili
Dövlət dini buddizm,
şamanizm,
Tenqriçilik,
İslam,
xristianlıq
Ərazisi 24.000.000 km²
Əhalisi Monqollar, Farslar, Türklər, Çinlilər, Ərəblər
İdarəetmə forması Seçkili Monarxiya
Sülalə Çingizlilər
Xan, xaqan, kağan
 • 1206-1227 Çingiz xan
 • 1227-1241 Ögedey xan
 • 1241-1248 Güyük xan
 • 1248-1259 Münke xan
 • 1259-1264 Arıqbuka xan
 • 1264-1271 Xubilay xan
Sələfi və xələfi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Monqolustan tarixi
Monqolustanın gerbi
Bu məqalələr ölkə seriyasındandır
Qədim tarix
Böyük Hun İmperiyası
Xianbei dövləti
Jujan xaqanlığı
Göytürk xaqanlığı
Uyğur xaqanlığı
Orta əsrlər
Yenisey qırğızları
Kidan
Xamaq Monqol
Böyük Monqol imperiyası
Yuan
Şimali Yuan
Monqolustan Tzin sülaləsinin tərkibində
Müasir tarix
Monqolustan Xalq Respublikası
Monqolustan

Monqolustan portalı

XII əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207–1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219–1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu. 1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.

1235-ci ildə nəvəsi Batı xan Avropanın cənub-şərqinə yürüş etdi. O, Xəzər və Azovdan başlayaraq Rusiyanı cənub-şərq çöllərinədək işğal etdi və 1237-ci ildə Ryazanı, 1238-ci ildə Vladimir şəhərlərini ələ keçirdi. 1240-cı ildə Kiyev və Volın şəhərlərini də tutdu. 1251-ci ildə Batı xanın köməyi ilə Münke xaqan oldu. Artıq orduda üsyanlar baş verməyə başladı.

XII əsrin axırlarında Xubilay xanın dövründə isə Çinin cənubu da işğal edildi. Paytaxt Qaraqorumdan Pekinə köçürüldü. XIV əsrdə üsyanlar və çəkişmələr nəticəsində imperiya dağıldı və yerində müstəqil dövlətlər yarandı.

Monqol dövləti 1220-ci ildə Azərbaycana I yürüşünü etdi və Zəncanı, Ərdəbili, Sərabı, Şamaxını tutdu. Onlar Təbrizdən üç dəfə xərac aldılar, sonra isə Marağanı talan etdilər. Volqaboyunda bulqarlara məğlub olduqdan sonra Monqolustana qayıtdılar.

1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbaycana yürüş etdi və Eldənizlər dövləti süqut etdi. 1231-ci ildə monqollar Azərbaycana ikinci dəfə yürüş etdilər və Cəlaləddinin ağalığına son qoydular. Onlar Marağını, Gəncəni, Şəmkiri, Tovuzu və Bakını tutdular. Monqolların üçüncü yürüşü Hülaki xanın başçılığı ilə 1256-cı ildə baş verdi. Onlar Azərbaycanı və Bağdadı ələ keçirdilər. İşğal olunmuş ərazilərdə Hülakilər (Elxanilər) dövləti yarandı. Dövlətin mərkəzi Azərbaycan oldu. Dövlət Təbrizdən idarə olunurdu. Sonra digər Monqol dövləti — Qızıl Orda Azərbaycan ərazisinə yürüş etdi.

Cuci xanın dövlətindən törəyən ölkələr

[redaktə | mənbəni redaktə et]

Cığatayın dövlətindən törəyən ölkələr

Tulunun dövlətindən törəyən ölkələr

Monqol İmperiyasının hökmdarları

[redaktə | mənbəni redaktə et]
  1. Çingiz xan (1205–1227)
  2. Ögedey xan (1229–1241)
  3. Güyük xan (1246–1248)
  4. Möngke xan (1251–1259)
  5. Arıq Buğa xan (1259–1264)
  6. Kubilay xan (1260 (de-fakto — 1264)-1294)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Монгол феодал империјасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 44.