Keila şəlaləsi

Keila (est. Keila juga) − Estoniyanın şimal-qərbində yerləşən şəlalə. Şəlalə Haryumaa vilayətinin Keila rayonu ərazisindədir. Şəlalə Keila çayı üzərində yerləşir və Keila-Yoa qəsəbəsi yaxınlığındadır. Tallin şəhərindən 30 km qərbdə yerləşir. Keila şəlaləsinin hündürlüyü 6 metr, eni isə 70 metrdir. Keila böyüklüyünə görə ancaq NarvaYaqala şəlalələrindən geri qalır[1]. Şəlalənin suyu il boyu eyni deyil. Əsasən yaz aylarında, qar əridikdən sonra ən yüksək səviyyədə olur. Qış aylarında şəlalə qismən donur. Şəlalə ziyarətçilər üçün əlverişlidir. Əraziyə ictimi nəqliyyat işləyir.

Keila şəlaləsi
est. Keila juga
Ümumi məlumatlar
Hündürlüyü 6 m
Eni 70 m
Yerləşməsi
59°23′46″ şm. e. 24°17′41″ ş. u.HGYO
Ölkə  Estoniya
Keila şəlaləsi xəritədə
Keila şəlaləsi
Keila şəlaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Video 2022

1555-ci ildə yaxınlıqda su dəyirmanı fəaliyyət göstərirdi. 1928-ci ildə dəyirmanın yerində kiçik su-elektrik stansiyası inşa edilmişdir. SES 1999-cu ildə fəaliyyətini dayandırmışdır. 2006-cı ilin mayı ayından stansiya tam yenidən qurulduqdan sonra fəaliyyətə başlamışdır[2]. Şəlalədən az aralı geniş park var. Park ərazisində ərazinin tarixi-mədəni özəlliyini göstərən xüsusi yol var. Yolun uzunluğu 3 km-dir və marşrut 2–3 saat çəkir. 1833-cü ildə Andrey İvanoviç Ştakenşneyderin layihəsinə əsasən ərazidə Keila-Yoa malikanəsi tikilmişdir. Bina Aleksandr fon Benkendorfa məxsus idi.[3] Sonradan malikanə Fall qəsri (Schloss Fall) adı ilə tanındı.[4] Parkdan şəlalyə gedən yol çay üzərində yerləşən üç körpüdən keçir. Körpülərdən ikisi şəlalə yaxınlığında yerləşir. Çay üzərində ilk asma körpü 1836-cı ildə tikilmişdir.

Yerli sakinlər arasında toy günlərində şəlaləni ziyarət etmək adəti var. Şəlalə yaxınlığında olan körpüyə yeni evlənənlər qıfıl bağlayır və açarı şəlalə suyuna atırlar.

  1. "Keila juga". www.eestigiid.ee (eston). 2012-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-29.
  2. "Водопад Кейла и замок Фалль. Природа Эстонии". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-29.
  3. "Keila-Joa mõis". Portaal "Eesti mõisad". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-29.
  4. "Замок и музей "Schloss Fall" в Кейла-Йоа". Visit Estonia - Официальный сайт туристической информации. 2017-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-01.