Yaqala (est. Jägala juga) — Estoniyanın eyniadlı Yaqala çayı üzərində yerləşən şəlalə. Şəlalə Haryumaa vilayətinin Yoelahtme rayonu ərazisinə aiddir. Fin körfəzindən 4 km cənubda, Tallin şəhərindən isə 25 km şərqdə yerləşir.
Yaqala şəlaləsi | |
---|---|
Jägala juga | |
Ümumi məlumatlar | |
Hündürlüyü | 8 m |
Eni | 50 m |
Yerləşməsi | |
59°26′59″ şm. e. 25°10′43″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şəlalənin hündürlüyü 8 metr, eni isə təxminən 50 m-dir. Estoniyanın ən böyük şəlalələrindən biridir. Suyun töküldüyü yerdə çıxıntı meydana gəlmiş və suyun arxa hissəsində boşluq formalaşmışdır. Məhs boşluqla şəlalə boyu hərəkət etmək mümkündür. Ancaq yol təhlükəlidir. Daşlar üzəri həmişə sürüşkən olur.[1] Bu cəhət Yaqala şəlaləsini daha da maraql edir. Ancaq keçid yetərincə təhlükəlidir. Daşlar çox iri və sürşkəndir. Şəlalə əsasən yaz aylarında bol sulu olur. Qarın əriməsi nəticəsində çayda suyun səviyyəsi yetərincə yüksəlir. Qış ayarında suyun səviyyəsi düşür və şəlalə donur.
Yaqala çayı Baltik sipəri boyu axır. Məhs bu sipər sonda şəlalənin formalaşmasına səbəb olmuşdur. Hesablamalara əsasən şəlalənin geoloji yaşı təxminən 4500 ildir[1]. Turistlər bəzən onu Baltik Niaqarası adlandırır. Şəlalədən sonra uzunluğu 300 metr, dərinliyi isə 12–14 metr olan dərə formalaşır. Dərə ildə 3 sm çayın mənbəyinə doğru genişlənir. Bu sipəri təşkil edən süxurların parçalanması ilə əlaqəlidir. Şəlalə Estoniyanın qorunan təbiət abidələri siyahısındadır. Yerli əhalinin dilində şəlalənin digər adı da mövcuddur: Yoaryunqas (est. Joarüngas)[2]. 1688-ci illərə aid xəritədə şəlalə yaxınlığında su dəyirmanı göstərilir. İkinci Dünya müharibəsindən sonra ərazidə su-elektrik stansiyası və sellüloza zavodu fəaliyyət göstərmişdir. Yaqala çayı zəngin balıq ehtiyatına malikdir.[1]