Kelermesskaya

Kelermesskaya (adıq Къэлэрмэз[2]) — Rusiyanın Adıgey Respublikasının Qiaqin rayonunda kənd (stanisa). Kelermesskaya kənd yaşayış məntəqəsinin inzibati mərkəzi.

Kelermesskaya
adıq Къэлэрмэз
44°47′28″ şm. e. 40°07′52″ ş. u.HGYO
Ölkə  Rusiya
Region Adıge Respublikası
Rayon Qiaqin rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1863
Sahəsi 9,13 km²
Mərkəzin hündürlüyü 175 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.137 nəf. (2023)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 87779
Poçt indeksi 385632
Xəritəni göstər/gizlə
Kelermesskaya xəritədə
Kelermesskaya
Kelermesskaya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kənd Qiaqin rayonunun cənub hissəsində, Qiaqa və Kelermes çayının qovuşduğu yerdə yerləşir. Qiaqin rayon mərkəzindən 4 km cənub-şərqdə, Maykop şəhərindən 16 km şimalda yerləşir. Kəndin sahəsi 9,13 km 2 olmaqla, kənd yaşayış məntəqəsi ərazisinin 6,72%-ni təşkil edir. Kənd Zəkuban maili düzənliyində, düzənliyin dağətəyi zonaya keçidində yerləşir. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən təxminən 175 metr yüksəklikdədir. Ərazinin relyefi cənub-qərbdən şimal-şərqə doğrü enir.

Hidroqrafik şəbəkəsində Qiaqa və Kelermes çayları əsas rol oynayır. İki çay kəndin mərkəzində birləşərək böyük su hövzəsini əmələ gətirir. Kəndin şərqindən Ülka çayı axır. Süni və təbii mənşəli çoxlu su anbarları da var.

İqlimi mülayimdir. Orta illik hava temperaturu müsbətdir və + 11,5 ° C-dir. İyulda orta aylıq hava temperaturu + 23,0 ° C-ə çatır. Yanvarda orta aylıq temperatur 0 ° C-dir. Orta illik yağıntı 750 mm-dir. Yağıntıların çoxu may-iyul ayları arasında düşür.

Kəndin adı adıge dilindən tərcüməsi (adıq Къэлэрмэз) ayı soğanı meşəsi deməkdir. "къэлэр" — ayı soğanı və "мэз" — meşə. Həmçinin kəndin başqa bir adı da var— adıq Ыпшъэрэ Джадж — "Qiaqi çayının yuxarısı"[3].

1863-cü ilin mayında Kelermes çayının Qiaqi ilə qovuşduğu yerdə məskunlaşalar kəndin əsasənı qoymuşlar. İlk öncə 1 ailə zabit, 108 ailə kazaklardan, 15 ailə isə kəndlilərdən ibarət idi. Daha sonra məskunlaşaların sayı 979 nəfərə çatdı. Hərb nazirinin 12 sentyabr 1863-cü il əmri əsasında Kelermesskaya kəndi 25-ci süvari alayının tərkibinə daxil edildi[4].

2020-ci ilin əhalinin siyahıya alınmasına görə kənd əhalisi 2912 nəfərdir.

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]

Kənddən bir az aralıda Kelermes kurqanı var. Kurqan ərazisində skif və meot mənşəli arxeloji qazıntılar aşkar edilib. Tapıntıların yaşı e.ə. VII–V əsrlər aiddir.[5]

  1. https://23.rosstat.gov.ru/storage/mediabank/%D0%A7%D0%B8%D1%81%D0%BB%D0%B5%D0%BD%D0%BD%D0%BE%D1%81%D1%82%D1%8C%20%D0%BF%D0%BE%D1%81%D1%82%D0%BE%D1%8F%D0%BD%D0%BD%D0%BE%D0%B3%D0%BE%20%D0%BD%D0%B0%D1%81%D0%B5%D0%BB%D0%B5%D0%BD%D0%B8%D1%8F%20%D0%BF%D0%BE%20%D0%9C%D0%9E%20%D0%B8%20%D0%BD%D0%B0%D1%81%D0%B5%D0%BB%D0%B5%D0%BD%D0%BD%D1%8B%D0%BC%20%D0%BF%D1%83%D0%BD%D0%BA%D1%82%D0%B0%D0%BC%20%D0%BD%D0%B0%201%20%D1%8F%D0%BD%D0%B2%D0%B0%D1%80%D1%8F%202012-2023%20%D0%B3%D0%BE%D0%B4%D0%BE%D0%B2.rar (rus.).
  2. Берсиров Б.М. "Русско-адыгейский словарь". Министерство образования и науки Республики Адыгея. 2017-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-05.
  3. К. Х. Меретуков. Къэлар мэз // Адыгейский топонимический словарь. — 3-е изд., доп. — Майкоп : ООО "Качество", 2003. — С. 136. — ISBN 5-901701-43-7.
  4. "Общие сведения о муниципальном образовании «Келермесское сельское поселение»". 2018-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  5. "Скифы на Кубани". 2006-07-16 tarixində arxivləşdirilib.