Kelpi (ing. Kelpie) — Şotlandiyada göllərdə və hovuzlarda yaşayan və formasını dəyişən su ruhuna verilən ad. Adətən at kimi təsvir olunsada, insan şəklini də qəbul edə bilər.
Kelpi sözünün etimologiyası Şotland german dilində qeyri-müəyyən olsa da, Şotland kelt dilindəki calpa ("düyə") ya cailpeach ("sıpanı") sözündən əmələ gəlməsi təxmin olunur. Sözün ilk qeydə alınması Uillyam Kollinsin qəsidəsində, 1759-cu ildən əvvəl təxmin olunur.[1]
Demək olar ki, hər böyük Şotlandiya sularının kelpi ilə bağlı bir hekayəsi var, lakin ən geniş məlumatlı olan Lox Ness gölüdür.
2013-cü ilin oktyabrında Folkirkdə yerləşən Fort və Klayd Kanalında heykəltaraş Endi Skott tərəfindən Kelpi atları ucaldılmışdır.[2]