Kenay yarımadası

Kenay[1] — (ing. Kenai Peninsula) — Alyaska ştatının cənub sahillərində yerləşir. Yarımada öz adını. Kuk körfəzinin rus variantı olan Kenay körfəzindən göTürmüşdür.

Kenay yarımadası
Yerləşməsi
60°30′ şm. e. 150°56′ q. u.
Akvatoriya Sakit okean
Ölkələr
[[Fayl:|280px|Kenay yarımadası xəritədə]]
Kenay yarımadası
Kenay yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yarımada 240 km uzunluğa malikdir. Qərbdən Kuk körfəzi, şərqdən isə Şahzadə Vilhelm boğazı onun sahillərini yuyur. Yarımada haqqında ilk məlumatı 1789-cı ildə rus araşdırmaçısı Qerasim İzmaylov vermişdir.

Yarınadanın daxili ilə şimaldan cənuba Kenay sıra dağları uzanır. Ərazini əhəmiyyətli hissəsi Milli par ərazisi olaraq qorunur.

Yarımadada bir necə yaşayış məntəqəsi vardır ki, onlardan ən irisi Kenaydır.

Yarımadada neft, qaz və daş kömür yataqları aşkarlanışdır. Üstəlik balıqçılıq iqtisati əhəmiyyətlidir. Az miqdarda isə gəlir turizmdən əldə olunur.

  1. "Kenaitze Indian Tribe". 2021-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.