Keniyada çayçılıq — Keniya Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi[1].
Keniyada çay istehsalçılarının 90 %-nin plantasiyalarının ərazisinin 0,4 hektardan az olmasına baxmayaraq, ölkə yüksək yarpaq çıxımına malik sortlardan istifadə olunması hesabına 2013-cü ildə dünya bazarına 370 min ton çay ixrac etmişdir[2].