Kennedi abidəsi

Kennedi abidəsi (ivr.יד קנדי‏‎) — İsraildə, Yerusəlim yaxınlığındakı Mateh Yehuda Bölgəsində yerləşən, 1963-cü ildə Texasın Dallas şəhərində öldürülən ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin xatirəsinə ucaldılmış abidə. 18 metr (59 ft) olan abidə, kəsilmiş ağac kötüyünə bənzəyir.[1] Abidənin içərisində isə Kennedinin tunc relyefi, mərkəzdə isə əbədi alov var.[1][2] Alov, 51 sütunla əhatə olunmuşdur, bu da ABŞ-nin 50 ştatınıVaşinqtonu ifadə edir.[3] ABŞ ştatlarının gerbləri (və Kolumbiya dairəsi) sütunların hər birində göstərilir,[3] sütunlar isə incə şüşəli panellərlə ayrılır.[4] Hal-hazırda abidəni eyni anda 100 nəfər ziyarət edə bilər.[3] Abidə 1966-cı ildə Amerika yəhudi icmalarının bağışladığı vəsait ilə inşa edilmişdir.[1]

Kennedi abidəsi
ivr.יד קנדי‏‎
Xəritə
31°44′56″ şm. e. 35°08′04″ ş. u.HGYO
Ölkə İsrail
Yerləşir Yerusəlim
Aidiyyatı Con Kennedi
Layihə müəllifi Devid Resnik
Dov Feygin
Tikilmə tarixi 1965
Hündürlüyü 60 m
Material şüşə və beton
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kennedi abidəsi və ona bitişik gəzinti yerləri Kennedi Sülh Meşəsinin bir hissəsidir.[5]

İsraildə bir sıra abidələr üçün (məşhur Holokost xatirə muzeyi Yad Vaşem də daxil olmaqla) istifadə olunan yad sözü Yeşaya Kitabının 56-cı fəsli, 5-ci ayədən gəlir: "Evimdə və divarlarımda onlara bir xatirə və bir ad verəcəyəm"[6]

Abidə Yerusəlimdən 7 mil (11 km) uzaqlıqda, Hadassa Xəstəxanası ilə eyni istiqamətdə, Yerusəlim təpələrinin ən üstündə[1], 825 metr (2,707 fut) yüksəklikdə yerləşir. Abidəyə ən yaxın şəhər isə İordan çayının qərb sahilində yerləşən Betar şəhəridir.[1][4][5] Aydın bir gündə Aralıq dənizini Təl-Əviv istiqamətindən görmək olar; 40 mil (64 km) məsafədədir.[7] Abidəyə Ora və Aminadav rayonlarını keçməklə də gəlmək olar. Yerusəlim şəhər avtobusunun ən yaxın olduğu 20 nömrəli ən yaxın əsas yoldan təxminən 45 dəqiqəlik məsafədədir, baxmayaraq ki, xüsusi tur avtobusları adətən qrup ziyarətləri üçün istifadə olunur.[5][8]

Daxildən, əbədi alov və dövlət möhürləri ilə bəzədilmiş sütunlar

Amerika Yəhudi Milli Fondunun prezidenti olan Maks Bressler 1964-cü ildə Kennedinin xatirəsi üçün Yerusəlimdə bir abidə lahiyələşdirməyi təklif etdi.[9][10]

Vəsaitin toplanması

[redaktə | mənbəni redaktə et]

13 yanvar 1964-cü ildə Pensilvaniya ştatının keçmiş qubernatoru Corc Maykl, Kennedi abidəsinin inşa edilməsi üçün yaxınlarda müəyyən vəsaitin toplanacağını elan etdi.[11] O, bildirdi ki, vəsaitin tez toplanması üçün, hər bir ştatda, habelə xarici ölkələrdə əlavə komitələr yaradılacaqdır.[11] 22 Noyabr 1964-cü ildə, sui-qəsdin ilk ildönümündə, Yəhudi Milli Fondu, ABŞ-dəki böyük yəhudi icmalarında bu məsələ ilə bağlı görüş tətbiq etdi.[12]

Amerikan icmaları, xatirə üçün vəsaitdən əlavə meşədə ağac əkilməsini maliyyələşdirməyə söz verdilər. Məsələn, 1965-ci ilin iyul ayında Kaliforniya ştatının Los-Anceles icması, Yəhudi Milli Fondu tərəfindən maliyyələşdirilən 1000-dən çox hökumət, birlik və idarə rəhbərlərinin qatıldığı ziyafətdə 100.000 ağac əkilməsini vəd etmişdi.[13]

Yad Kennedi abidəsinin önündəki lövhə

Amerika inqilabının baş verdiyi 4 iyulda, İsrail və Amerika Birləşmiş Ştatları hökumətlərini təmsil edən bir çox rəsmi qonaq da daxil olmaqla 2000-ə yaxın insan, yüzlərlə turist, amerikalı tələbələr, israillilər ilə birlikdə açılışın şahidi oldu.[1]

İsrailin bir uşaq qrupu ABŞİsrail himnini çalmışdı.[1]

Qonaqlar arasında Kennedinin qətlini araşdıran ABŞ-nin baş rəisi Erl Uarren də vardı.[4] Digər qonaqlar arasında İsrailin Baş naziri Levi Eşkol, Yerusəlim meri Teddi Kollek və Birləşmiş Ştatların İsraildəki səfiri Uoluort Barbur da var idi.[9]

Abidəni gördükdən sonra ABŞ-nin baş rəisi Uarren qeyd etmişdi:

Bu açılışı sadəcə ABŞ-nin Müstəqillik günündə deyil, İsrailin və digər azad dövlətlərin şərəfinə edirik. Burada olmaq çox böyük şərəfdir, çünki bura, insanların Tanrının övladları olduğu və üç dinin yarandığı məkandır.[9]

İsrailin Baş naziri Eşkol da çıxış edərək Kennedinin xatirəsinin burada inşa edilməsi ilə Amerika-İsrail diplomatik əlaqələrinin gücləndiyini söyləmişdi.[9]

Amerikanın İsraildəki səfiri Uoluort Barbur çıxış edərək: "Bir xalq dövləti yaradan şəxsiyyətlə deyil, dövləti fərqləndirən şəxsiyyətlə fəxr edir. Yəhudi Milli Fondu özlərini şərəfləndirir, İsrail üçün etdikləri işlər qazandıqları şöhrətdən də üstündür." demişdi.[9]

Yəhudi Milli Fondunun prezidenti Yakob Tsur xatirəni tərifləyərək: "Abidə bir gün böyük bir meşəyə dönəcək minlərlə fidanın arasında olan qüdrətli bir ağacı xatırladır." demişdi.

Abidədə yerləşən Kennedinin bürünc heykəli

Yad Kennedi 1995-ci ildə memarlıq sahəsində İsrail mükafatını qazanan, Brazilyada doğulan İsrail memarı David Resnik[14] və Ukrayna əsilli[15] İsrail heykəltəraşı Dov Feygin tərəfindən tərtib edilmişdir.[16] Feygin Kennedinin büstünü və Kennedinin bir sıra çıxışlarından parça daxil edilmiş bir xatirə divarı yaratmışdı.[3] Resnik, abidənin "həyatı sui-qəsdlə sona çatdırılan böyük şəxsiyyəti simvollaşdırmaq üçün nəzərdə tutulduğunu" söyləmişdi.

Resnik, ümummilli yarışmadan sonra xatirə dizaynına görə mükafat ilə təltif edildi. Dizayner kəsilmiş ağac formasında olan abidəni Kennedinin həyatına bənzədirdi.

Hal-hazırda Kennedinin relyefi və əbədi alovdan əlavə, Kennedinin öldürüldüyü vaxta qədər İsrail-Amerika münasibətləri mövzusuna aid sənədlər və fotoşəkillər kiçik bir kitabxanada saxlanılır.[17]

1974-cü ildə ziyarətçilər üçün açıq olan abidənin ətrafına gəzinti yeri əlavə edildi.[18]

Kennedi Sülh Meşəsi

[redaktə | mənbəni redaktə et]

Kennedi Sülh Meşəsi, Kennedinin sui-qəsdinin 1-ci ildönümündə, 22 noyabr 1964-cü ildə açılışdan əvvəl yaradılmışdı.[19]

1966-cı ilin iyun ayında Yəhudi Milli Fondunun vəzifəli şəxsləri, daha 1,5 milyon ağacın əkildiyini elan etdilər.Daha sonra meşəyə bitişik olan ABŞ Azadlıq Meşəsinə də daha 2 milyon ağac əkilməsi ilə iki meşədəki ağacın sayı 5,5 milyona çatdı.[20] Kennedi meşəsi üçün 100,000 şəxsdən 3 mln. ianə toplanmışdı.[20]

1968-ci ilin iyun ayında Yəhudi Milli Fondu həmin ayın 6-da öldürülən Kennedinin qardaşı Robert Kennedinin xatirəsinə, meşəyə daha 500,000 ağacın əkiləcəyini elan etdi.[21] 1999-cu ildə Fond, təyyarə qəzasında həlak olan Con Kennedinin oğlu, və oğlunun həyat yoldaşının xatirəsinə yenidən ağac əkiləcəyini açıqladı.[22][23]

1989-cu ilin aprelində bir meşə yanğını (ehtimal edilir ki, qəsdən törədilib) meşədəki təxminən təxminən 3000 ağacı (8 hektar) məhv etdi.[24]

Ağacların əkilməsi

[redaktə | mənbəni redaktə et]

Digər ölkələrdən gəlmiş hörmətli ziyarətçilərin ağac əkdiyi VIP Yad Kennedi ağac əkmə mərkəzi, abidənin ərazisinə daxil edilmişdir.[25] 1978-ci ildə Kennedinin dul həyat yoldaşı Jaklin Kennedi, burada ağac əkmişdi.[26][27] Abidəni ziyarət edib ağac əkənlərin arasında Ted Kennedi (Kennedinin qardaşı)[28], Coan Kennedi (Ted Kennedinin ilk həyat yoldaşı), Robert Kennedinin oğlu və qızı var idi.2001-ci ildə Robert Kennedinin qızı Katlen Kennedi, Merilend leytenantı, Katlen Kennedinin həyatı yoldaşı[29] və dörd qızından üçü Yad Kennedini ziyarət etmişdi.[30][31]

Tu Bişvat bayramında yəhudilər əsasən abidə ətrafında ağac əkirlər.Həmçinin bayram ərəfəsində 4000-ə qədər israilli məktəbli ağac əkmək üçün Kennedi Sülh Meşəsinə gəlmişdi.[32]

  1. 1 2 3 4 5 6 7 Feron, James. "Warren dedicates Kennedy Memorial in Israel" (PDF). The New York Times. 5 July 1966. 4 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 September 2012.
  2. "Kennedy Memorial". Go Jerusalem. 29 December 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 September 2012.
  3. 1 2 3 4 "July 4 Rites Open Kennedy Shrine". The Jewish Chronicle. 1 iyul 1966. 5 noyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2012.
  4. 1 2 3 "1966 newsreel describing the memorial". YouTube. 25 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2012.
  5. 1 2 3 Frommer's. "Side Trips". The New York Times. 2012-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2012.
  6. "About Yad Vashem". Yad Vashem. 2012. 14 mart 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2012.
  7. Hill, Leonard. "Israel's memorial to JFK", European Stars and Stripes, 27 June 1969.
  8. "Warren to talk to 2000 today at Kennedy Memorial in Israel" (PDF). The New York Times. 4 July 1966. Retrieved 8 September 2012.
  9. 1 2 3 4 5 "Kennedy Memorial Dedicated in Israel; Many Americans Attend Ceremony". Jewish Telegraphic Agency. 5 July 1966. 15 April 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 September 2012.
  10. "Max Bressler, 64, A Key Zionist, Dies; Led Jewish National Fund, Aided Israel Bond Drive". The New York Times. 17 February 1966. 7 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2012. (pay per view)
  11. 1 2 "International Kennedy Memorial Near Jerusalem Planned by Americans". Jewish Telegraphic Agency. 14 January 1964. 15 April 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2012.
  12. "J.N.F. Memorial meetings to be held in numerous cities". Jewish Telegraphic Agency. 13 November 1964. İstifadə tarixi: 13 September 2012.[ölü keçid]
  13. "J.N.F. in Los Angeles to plant 100,000 trees in Kennedy forest in Israel". Jewish Telegraphic Agency. 9 July 1965. 15 April 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 September 2012.
  14. "Reznik, David". Jewish Virtual Library. 2012. 9 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2012.
  15. Goldfine, Gil. "Dov Feigin: Cutting it thin". The Jerusalem Post. 10 August 2006. İstifadə tarixi: 3 September 2012.
  16. "Yad Kennedy Monument". Attractions in Israel. 2012. 7 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2012.
  17. Associated Press. "Israel's Kennedy Memorial Lures Yanks". The Modesto Bee. 26 December 1966. səh. C-4. 16 April 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 September 2012.
  18. "JNF plans picnic site near Kennedy Memorial". Jewish Telegraphic Agency. 22 August 1974. 15 April 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2012.
  19. "Kennedy Peace Forest will be dedicated in November". Jewish Telegraphic Agency. 25 March 1964. 15 April 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2012.
  20. 1 2 "1,500,000 trees reported planted in Kennedy forest in Israel". Jewish Telegraphic Agency. 13 June 1966. 15 April 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2012.
  21. "JNF B'nai Zion will plant trees in Kennedy's memory". Jewish Telegraphic Agency. 10 June 1968. 15 April 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2012.
  22. "News Brief". Jewish Telegraphic Agency. 26 July 1999. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2012.
  23. "Jul 16, 1999: JFK Jr. killed in plane crash". This Day in History. 2012. 28 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2012.
  24. Reuters. "Arson suspected in Israeli forest fire". Los Angeles Times. 28 April 1989. 6 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2012.
  25. "President of German States Council of Education Ministers Plants Tree at Kennedy Memorial". The Jerusalem Post. 29 July 2009. İstifadə tarixi: 2 September 2012.[ölü keçid]
  26. Alam, Mohammed Badrul. Jackie Kennedy: Trailblazer. Nova Publishers. 2006. səh. 54. ISBN 1594545588. 2020-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  27. Associated Press. "Jackie Plants Tree in Israel". The Gadsden Times. 16 May 1978. səh. 39. 15 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 September 2012.
  28. "KKL-JNF photo archives, photo number d733-023". Jewish National Fund. İstifadə tarixi: 3 September 2012.[ölü keçid] (subscription required)
  29. "Lieutenant governor, family travel to Israel". The Baltimore Sun. 9 January 2001. 30 June 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 September 2012.
  30. "Photo of plaque of the Kennedy Tree Planting Circle". delange.org. 7 July 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 September 2012.
  31. Bardenstein, Carol B. "Trees, Forests, and the Shaping of Palestinian and Israeli Collective Memory" Arxivləşdirilib 2020-02-29 at the Wayback Machine, in Acts of Memory: Cultural recall in the present, Mieke Bal, Jonathan V. Crewe, and Leo Spitzer, eds. 1999: University Press of New England, p. 162. ISBN 087451889X.
  32. "Planting trees on Tu B'shevat". Jewish Telegraphic Agency. 21 January 1981. 15 April 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2012.