Kentavrlarla lapiflərin döyüşü və ya kentavromaxiya — qədim yunan mifologiyasında Pirifeyin həyat yoldaşının öz toyunda qaçırılma cəhdi nəticəsində baş vermiş döyüş.[1] Burada Pirifeyin dostu Tesey də iştirak etmişdir. Döyüş, əksər mənbələrə görə, lapiflərin qalib gəldiyi böyük bir müharibənin başlanğıcı idi. Kentavromaxiya qədim ədəbiyyatın bir sıra əsərləri, eləcə də antik və müasir dövr təsviri sənəti üçün süjet materialı mənbəyinə çevrilmişdir.
Kentavrlarla lapiflərin döyüşü | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |