Kereklər

Kereklər[2] (özlərini аnkalqakku — «sahil adamları», аrаkıkkuÇukot dilində. Kerekit) — Paleoasiya xalqlarından biri olaraq Rusiya ərazisində yayılmışlar. 2010-ci məlumatına görə dünyada cəmi 4 nəfər kerek yaşamaqdadır. 2002-ci ildə cəmi 8 nəfər özlərini kerek hesab edirdi. 1959-ci il siyahıya alınmasına görə sayları 100 nəfər təşkil edirdi. Onlar əsasən Çukot Muxtar Dairəsinin Berinqovski rayonu Meynıpilqno, Xatırka, Berinqovski kəndlərində yayılmışlar. Onlar Çukçalarla birgə qəsəbələrdə yayılmışdılar. Onlar əsasən Çukçaların daxilində assimilyasiya olunmuşlar.

Kereklər
özlərini аnkalqakku
Ümumi sayı
4
Yaşadığı ərazilər
Rusiya Rusiya 4 (2010[1])
Dili

Kerek dili

Qohum xalqlar

Çukçalar, Koryaklar, İtelmenlər

Dil, ədəbiyyat, folklor

[redaktə | mənbəni redaktə et]

Onlar əsasən Çukot dili və rusça danışırlar. Zəif şəkildə olsa da Kerek dilini bilirlər. Kereklərin dili Koryak dilinə yaxınlığı ilə seçilir. Bəziləri hətta koryak dilinin bir dialekti olaraq qiymətləndirilir. Leksikonlarında Eskimosların elementləri vardır. İlk dəfə bu dil haqqında məlumatı Pyotr Yakovleviç Skorikov vermişdir. 19541956 illərdə dil haqqında materiallar yoplamışdır. 1971-ci ildə Vladilen Vyaçeslavoviç Leontev dil haqqında məlumatları toplamışdır.

Arxiologiya göstərir ki, onların tarixi e.ə 1-ci minilliyə aiddir. XIX—XX əsrlərdə Kereklər koryaklar hesab edilirdi. 1897-ci ildə sayları 102 nəfər təşkil etmişdir. Onlar XX əsrdə çukçalar tərəfindən bütünlüklə assimiliyasiyaya məruz qalmışlar. 2000-ci ildə Kereklər RF az saylı yerli xalqları sırasına birinci daxil edilmişdir.

Ənənəvi mədəniyyət

[redaktə | mənbəni redaktə et]

XX əsrdə onların inancları çukçalarla eyni olmuşdur. Kereklər əsasən maralçılıq, xəz dəri tədarükü, balıqçılıq, vəhşi maralların və müşk öküzlərinin ovlanlası ilə məşğul olurdular. Onlar arasında yığıcılıq geniş yayılmışdı.

Ovda əsasən Morjların dişlərindən və ya metaldan hazırlanmış dəyənəyə bənzər silahlarından istifadə edirdilər. Yazda yay yayşayış yerlərinə köçürdülər. Qış yerləşim yerlərində 1-3 daxma olmaqla hərəsində isə bir necə ailə məskunlaşırdı. Şamanizm yayılmışdı. Şaman xüsusi geyimə malik olurdu. Yaşayış yerlərinə yaxın qurbangahlar yerləşirdi. Bu qurbangahlarda morj kəlləri və balina qümüklərinin qalaqları olurdu. Folklorları koryaklar, İtelmenlər, Çukçalara yaxındır. Digərlərində olduğu kimi qarğa nağıllarda əsas persanajdır.

  • Amadu Vasiliyiyeviç Mamadakov «Soldatı» tereserialında sıravi Vakutaqin (sezon 1—5 və 12), hamı tərəfdən çukça hesab edilsədə o özünü Kerek hesab edir.
  • Kereklərin yaxın 5-10 il müddətində soylarının tükənəcəyi ehtimal edilir.
  1. "Siyahıya alınma". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-19.
  2. "Kereklər". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-19.
  • Леонтьев В. В. По земле древних кереков. Магадан, 1976.
  • Леонтьев В. В. Этнография и фольклор кереков. М., 1983.
  • Шнакенбург, Николай Борисович Нымыланы-кэрэки // Советский Север, 1939, № 3.