Keri (est. Keri, isv. Kockskär, rus. Кокшхер[1] və ya rus. Кокшер[2]) — Estoniyanın şimal sahillərində ada. Keri adası Baltik dənizinin Fin körfəzində yerləşir. Ada inzibati baxımdan ölkənin Haryumaa vilayətinin Viymsi volostuna aiddir.
Keri | |
---|---|
est. Keri | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,031 km² |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
59°41′45″ şm. e. 25°01′39″ ş. u.HGYO | |
Ölkə | Estoniya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsi 0,031 km² olan ada əsasən kristallik bünövrədən ibarətdir. Şimal-qərbdən cənub-şərqə doğru 427 metr uzanır. Eni isə 213 metrdir. Adanın sahil xəttlərinin uzunluğu 932 metrdir. Keri adası Pranqli adasından 8 km şimalda yerləşir[3]. Ada Rusiyaya məxsus dəniz sularının 90 km-dədir. Keri Estoniyanın ən şimalda yerləşən adalarından biridir.
1902-ci ildə adada quyu qazılan zaman təbii qaz aşkar olunmuşdur. 1906-1912-ci illərdə təbii qazdan adadakı mayakın işıqlanması və digər tikililərin qızdırılması üçün istifadə olunmuşdur.
2002-ci ilə kimi adada ancaq mayaka nəzarət edən ailə yaşayırdı. 2002-ci ilin sentyabrından mayak avtomatik rejimdə işləyir.
Ada haqqında ilk məlumat 1623-cü ildə İsveç mənbələrində verilir.[4] Şimal müharibəsi zamanı ada rus ordusunun nəzarətinə keçmişdir.
Keri adasının əsas tikilisi Keri mayakıdır. Mayak binası iki hissədən ibarətdir. Üst yarısı polad qüllə, aşağı yarısı daşdan hazırlanmış güclü silindrik binadır. Mayakın ümumi hündürlüyü 28 metrdir, məşəl dəniz səviyyəsindən 31 metr yüksəklikdə mütləq işarədə yerləşir[5]. İl boyu işləyir. Günəş panelləri ilə fəaliyyət göstərir, iki saniyəlik ağ işıq 15 saniyəlik fasilələrlə kəsişir[6]. Mayak 11 mil məsafədə görünür. Mayak demək olar ki, adanın mərkəzində yerləşir, ətrafında ofis binaları vardır. Adanı ziyarət etməyə icazə verilir, lakin dörd mərtəbəli mayak özü bağlıdır[3].