Kerri Fişer (ing. Carrie Fisher; 21 oktyabr 1956[1][2][…], Berbank, Kaliforniya[5][6] və ya ABŞ[7] – 27 dekabr 2016[3][1][…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası və ssenaristi.[8]
Kerri Fişer | |
---|---|
Carrie Fisher | |
Doğum adı | Carrie Frances Fisher |
Doğum tarixi | 21 oktyabr 1956[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 27 dekabr 2016[3][1][…] (60 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Həyat yoldaşı | Pol Simon |
Uşağı | 1 |
Atası | Eddi Fişer |
Anası | Debbi Reynolds |
Fəaliyyəti | kino aktrisası, romançı, dramaturq, səsləndirmə aktrisası[d], ssenarist, yazıçı, televiziya aktrisası, teatr aktrisası, müğənni, mətbuat katibi, script doctor, film prodüseri, aktrisa |
Fəaliyyət illəri | 1975—2016 |
Təhsili |
|
Boyu | 1,55 m |
IMDb | ID 0000402 |
carriefisher.com | |
Vikianbarda əlaqəli mediafayllar |
21 oktyabr 1956-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində Eddi Fişer və Debbi Reynoldsun ailəsində doğulub. 2 yaşı olanda ailə dağılmış və ata məşhur aktrisa Elizabet Teylorla evlənmişdir. Uşaqlıqda aktrisa olmaq arzusu olan Kerri "Central School of Spench and Drama"da təhsil aldı. İlk filmi "Şampun" filminə 1975-ci ildə çəkildi. Aktrisanın karyerasında dönüş yaradan film isə 1977-ci ildə çəkilən Ulduz müharibələri filmində "Şahzadə Leya" obrazı oldu.[9] Daha sonra 1980-ci ildə "Cazmen Qardaşlar" filmində rol aldı. 1990-cı ildə "Postcards from the Edge" filminin sserisini yazmışdır.
Kerri Fişer 27 dekabr 2016-cı ildə Londondan qayıdarkən təyyarədə infarkt keçirmişdir. Xəstəxanaya yerləşdirilən aktrisa orada dünyasını dəyişmişdir.
Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |