Ket-Aylend (Baham adaları)

Ket-Aylend (ing. Cat Island) — Baham adalarında ada və rayon. Baham adalarının mərkəzi hissəsində yerləşir.

Ket-Aylend
Ümumi məlumatlar
Sahəsi
  • 389 km²
Uzunluğu
  • 76,8 km
Eni 21,9 km
Hündür nöqtəsi 63 m
Əhalisi
  • 1.503 nəf.
Yerləşməsi
24°18′41″ şm. e. 75°25′23″ q. u.HGYO
Ölkə
Ket-Aylend xəritədə
Ket-Aylend
Ket-Aylend
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baham adalarının ən yüksək nöqtəsi Ket-Aylenddə yerləşir. Alverniya təpəsinin yüksəkliyi 63 metrdir. Təpənin zirvəsində Ermitaj monastırı yerləşir.[1]

Yazılı qeydlər tapılana qədər Ket-Aylendin Kristofer Kolumbun Amerikanı kəşf edəndə çatdığı ilk ada olan Quanahani olduğuna inanılırdı.

Əsas yaşayış məntəqələri Artur-Taun, Oranc-Krik və Por-Haudur. Əhalisi 1,503 nəfərdir.[2]

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Ket-Aylend Baham adalarının 32 rayonundan biridir. Rayonun inzibati mərkəzi Artur-Taundur. Rayonun sahəsi 388 km2-dir.

  1. Anson, Peter F. (Peter Frederick), The Hermit of Cat Island : the life of Fra Jerome Hawes, Burns & Oates, 1958, 2020-04-07 tarixində arxivləşdirilib, İstifadə tarixi: 10 iyul 2022
  2. CAT ISLAND POPULATION BY SETTLEMENT AND TOTAL NUMBER OF OCCUPIED DWELLINGS: 2010 CENSUS Arxivləşdirilib 2020-04-07 at the Wayback Machine - Bahamas Department of Statistics