Keti Friman


Keti Friman—400 metr məsafəyə qaçış üzrə ixtisaslaşmış sabiq Avstraliyalı sprinter.

Keti Friman
Friman 400 metr məsafəyə yarışlarda finalda, 2000-ci il Sidney Olimpiadası
Atlet haqqında məlumat
Tam adı: Ketrin Astrid Salome Friman
Doğum tarixi: 16.2.1973
Doğum yeri: Makkey, Kvinslend, Avstraliya Avstraliya
Boyu: 164 sm
Çəkisi: 56 kg
Olimpiada
400 metr 2000-ci il Sidney Olimpiadası
400 metr 1996-cı il Atlanta Olimpiadası
Dünya çempionatı
400 metr 1997-ci il Afina
400 metr 1999-cu il Sevilya
4 x 400 metr estafet 1995-ci il Höteborq
Qitə çempionatı
{{{qitə_qızıl}}}
{{{qitə_gümüş}}}
{{{qitə_bürünc}}}

O, 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə qadınların yarışında birinci olmuşdur. Keti Friman həmçinin 2000-ci ildə Yay Olimpiya Oyunlarında Olimpiadanın məşəlini də yandırmışdı.[1] Friman 1990-ci ildə 16 yaşında ilk dəfə Aborigen Birlik Oyunlarının qızıl mükafatçısı olub.[2] 1994-cü il onun karyerasının yüksəliş dövrü idi. Kanadada təşkil olunmuş 1994-cü il Birlik Oyunlarında, Friman 200 metr və 400 metrlik məsafələrin hər ikisində qızıl medal qazanıb. O, həmçinin 1996-cı il Olimpiya Oyunlarında gümüş medal qazanıb[3] və 1997-ci il Dünya Çempionatında 400 metr məsafyə yarışlarda birinci olub. 1998-ci ildə zədə səbəbindən Friman qaçış yarışlarından bir müddət ayrıldı. O, idmana 1999-cu il Dünya Çempionatında 400 m məsafəyə yarışda birinci yeri tutmaqla qayıdıb. Keti Friman 2003-ci ildə karyerasını bitirdiyini elan edib.

  1. "Photos: Cathy Freeman lights the Olympic Flame". 2008-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 may, 2014.
  2. "50 stunning Olympic moments No9: Cathy Freeman wins gold for Australia". 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may, 2014.
  3. "CATHY FREEMAN MEDALS". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may, 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Keti Friman Arxivləşdirilib 2012-08-15 at the Wayback Machine