Keyko Kitaqava

Keyko Kitaqava (北川 景子?, 22 avqust 1986, Kobe) – Yaponiya aktrisası və fotomodeli. 2003–2006-cı illərdə Yaponiyanın "Seventeen" jurnalı üçün model kimi işləmişdir. Stardust Promotion ilə əməkdaşlıq edir.[1]

Keyko Kitaqava
yap. 北川景子
Doğum tarixi 22 avqust 1986(1986-08-22) (38 yaş)
Doğum yeri
Təhsili Meyci Universiteti
Fəaliyyəti aktrisa, model[d], fotomodel[d], kino aktrisası
Fəaliyyət illəri 2003-cü ildən
official.stardust.co.jp/…
keiko-kitagawa.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aktrisa kimi ilk rolu "Gözəl mühafizəçi Seylor Mun" (2003–04) serialında canlandırdığı Seylor Mars rolu olmuşdur. "Mamiya qardaşları" filmindəki rolundan sonra model karyerasını başa çatdıraraq diqqətini filmlərə yönəltmişdir. "Sürətli və Qəzəbli: Tokio drifti" (2006), "Yaraşıqlı kostyum" (2008) kimi bir çox filmdə görünmüş, "Lif qızı" (2007), "Çimərlikdə ev otağı" (2008), "Radio ritmi" (2008), "Akumu-çan" (2012) kimi seriallarda baş rolları canlandırmışdır.[2]

İlk illəri və karyerası

[redaktə | mənbəni redaktə et]

Keyko Kitaqava 22 avqust 1986-cı ildə Yaponiyanın Hyoqo prefekturasında doğulmuşdur.[3] Kobe şəhərində böyümüş, bir çox dostunu 1995-ci ildəki Böyük Hanşin zəlzələsində itirmişdir.[4] Uşaqlıqda həkim olmaq istəmiş, lakin liseydə ikən hansı peşəni seçmək istədiyi barədə tərəddüd etmişdir.[5] Bu dövrdə bir agentlik tərəfindən kəşf edilmiş və Kitaqava əyləncə sektoruna daxil olmaq qərarına gəlmişdir. Valideynləri əvvəlcə buna qarşı çıxmış, lakin iki şərtlə buna icazə vermişdirlər: bir il ərzində irəliləyişi olmasa, bundan əl çəkəcək; universitetdən məzun olacaq.[6] 2009-cu ilin martında Meyci Universitetindən məzun olmuşdur.[7]

Agentliyə qoşulduqdan bir həftə sonra model və aktrisa kimi seçilmişdir.[8] 2003-cü ildə Miss Seventeen seçilmiş[9] və 2006-cı ilin sentyabrına kimi "Seventeen" jurnalı üçün model kimi işləmişdir.[10]

Aktrisa kimi ilk rolu "Gözəl mühafizəçi Seylor Mun" serialındakı Rey Hino rolu olmuşdur. İlk əsas rolu isə "Mamiya qardaşları" filmində olmuşdur. Bu filmdə oynadıqdan sonra model karyerasını tərk edərək filmlərə köklənmək qərarı vermiş, "Albalı piroqu" və "Dəyərli dostlar" filmlərində baş rollarda oynamışdır.[1] 2007-ci ildə "Lif qızı" serialında baş rolu canlandırmışdır. 2008-ci ildə isə "Çimərlikdə ev otağı" serialında baş qəhrəmanı oynamışdır.[8]

"Sürətli və Qəzəbli: Tokio drifti" filminin çəkilişləri üçün Kaliforniyaya getmiş, 2006-cı ildə ingiliscə təhsil almaq üçün yenə buraya qayıtmışdır.[11] 2007-ci ilin may-dekabr aylarında Yaponiyanın həftəlik televiziya jurnalı olan "Weekly The Television" jurnalı üçün köşə yazarı olmuşdur.[1]

2016-cı ildə "Ev satan qadın" filmindəki roluna görə Ən yaxşı aktrisa nominasiyasında Yaponiya Televiziya Mükafatının qalibi olmuşdur.[12]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Model və aktrisa kimi işləməyə başladıqdan sonra Tokioya köçmüşdür və o vaxtdan burada yaşayır. Kitaqava evdə oturmağı, DVD izləməyi, musiqiyə qulaq asmağı və kitab oxumağı sevir.

2016-cı ildə müğənni və söz yazarı Dayqo ilə evlənmişdir.[13] 22 aprel 2020-ci ildə ilk hamiləliyini açıqlamışdır. 7 sentyabrda qızı olmuşdur.[14][15]

  1. 1 2 3 "Keiko's Blog". 2010-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-24.
  2. "出演者". www.tbs.co.jp. 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-19.
  3. Kitagawa, Keiko. "初メキシコ". 北川景子のBlog♪Blog♪Blog♪ (yapon). 2006-02-26. 2006-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-04-04.
  4. Kitagawa, Keiko. 北川景子写真集 Dear Friends (yapon). Kadokawa Media House. 2007. ISBN 978-4-04-894906-4.
  5. Kitagawa, Keiko. "Ms. ティッシュー". 北川景子のBlog♪Blog♪Blog♪ (yapon). 2006-02-28. 2006-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-03-19.
  6. Wakayama, Aya. "Six Elements of Woman". J Nude. Asahi Shimbun. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-03-19.
  7. 北川景子、卒業は家族と事務所のおかげ. Daily Sports Online (yapon). 2009-03-26. March 27, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-26.
  8. 1 2 Hidaka, Ikuko. "Keiko Kitagawa". Nikkei Entertainment! (yapon). Nikkei BP Sha. 2008-07-04. 20–23.
  9. "Cast & Staff". Cherry Pie website. Cinemusica. 2007-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-03-21.
  10. Kitagawa, Keiko. "SEVENTEEN 卒業". 北川景子のBlog♪Blog♪Blog♪ (yapon). 2006-09-15. 2007-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-03-19.
  11. Kitagawa, Keiko. Stylish Street Book ハリウッドへ行っちゃった! (yapon). SDP. 2006. ISBN 4-903620-01-8.
  12. "受賞履歴 - 2016年 | ザテレビジョンドラマアカデミー賞". ザテレビジョン (yapon). 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-23.
  13. 北川, 景子. "ご報告" (yapon). 2016-01-11. 2016-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-11.
  14. "ご報告". Keiko Kitagawa Official Website (yapon). 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  15. "Kitagawa Keiko & DAIGO welcome their baby girl". tokyohive.com. 2020-10-02. 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]