Keyp-Reys

Keyp-Reys burnu (ing. Cape Race) — Kanadanın Nyufaundlend adası, Avalon yarımadasının cənub-şərq qutaracağında yerləşən burun. Belə hesab edilir ki, portuqal sözü olan Raso kəlməsindən törəmişdir (səhra). Burun haqqında ilk yazılı məlumat XVI əsrə aiddir. İnzibati baxımından Nyufaundlend və Labrador əyaləti ərazisinə daxildir.

Keyp-Reys burnu
Yerləşməsi
46°39′31″ şm. e. 53°04′22″ q. u.
Akvatoriya Atlantik okean
Ölkə  Kanada
Keyp-Reys burnu xəritədə
Keyp-Reys burnu
Keyp-Reys burnu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Qatı duman, sahilin qayalıqlardan ibarət olması və burunun dəniz yollarına yaxın olması səbəbindən burada tez-tez gəmi qəzaları baş verir. Bunlar arasında ən məşhuru təkərlikli SS Arctic paraxodunun qəzası olmuşdur (1854). Burunun özü küləklərin ilin böyük qismi vurduğu bir platodur. Maksimal hündürlüyü 30 m olan bir qayalıqdan ibarətdir. İlin 158 günü burada duman müşahidə edilir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Trinity House təşkilatının göstərişi ilə burunda 1856-ci ildə mayak inşa edilmişdir. 1907-ci ildə cuğun güllə dəmir-beton konstruksiya ilə əvəzlənmişdir[1]. 1904-cü ildə isə mayakda simsiz teleqraf xətti quraşdırılmışdır. Titanik gəmisinin batması zamanı gəminin radisti Cek Filips stansiyaya teleqram göndərmişdir.

Gəmi qəzaları[redaktə | mənbəni redaktə et]

  • 27 aprel 1863 ildə: SS Anglo-Saxon paraxodu qayalara çırpılmış və 238 nəfər həlak olmuşdur.
  • 6 sentyabr 1909 ildə: SS LaurentianPolynesian paraxodları toqquşmuşdur.
  • 21 may 1923 ildə: SS Corsican qayalarla toqquşmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Phare de cap Race". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-06.

Mənbə[redaktə | mənbəni redaktə et]