Keziban Konukcu Kok (1972, Aksaray) — inşaat mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Keziban Konukcu Kok | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — İstanbul (1.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1972 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili |
Keziban Konukcu Kok 1972-ci ildə Aksaray ilində anadan olub. İTÜ İnşaat Mühəndisliyi Bölməsindən məzun olub.[1] Tələbə illərində əvvəlcə feminizmi, sonra isə sosializmi qəbul edib. 1996-cı ildə yoxsul məhəllələrdə işlərin aparılması üçün nəzərdə tutulmuş Dayanışma Evlərinin qurucularından olub.
1997-2017-ci illərdə müəllim olaraq çalışıb.[1] 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra elan edilmiş fövqəladə vəziyyət (OHAL) dövründə — 2017-ci ildə tutduğu vəzifədən azad edilib.
Yol Siyasi jurnalı, Karşı Mahalle və Yeni Yaşam qəzetlərində məqalələri dərc olunub. 2004-cü ildə Sosialist Dayanışma Platformasının (SODAP) qurucu üzvü olub.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
Evlidir.[1]