Khan Academy

Khan Academy və ya Xan Akamdemiyası — 2008-ci ildə Sal Xan tərəfindən yaradılan sinif daxilində və xaricində öyrənmək istəyənlərin özlərinə ən uyğun şəkildə öyrənə bilmələri üçün çalışma tapşırıqları, öyrədici videolar, interaktiv çalışmalar vasitəsilə şəxsiləşdirilmiş öyrənmə təcrübəsi vəd edən amerikan qeyri-kommersiya təşkilatı[6]. Riyaziyyat, fizika, proqramlaşdırma, tarix, incəsənət, iqtisadiyyat və daha bir çox bunlar kimi mövzulara toxunur.[7] Boşluqları və güclü cəhətləri aydınlaşdırıb uyğun olaraq tapşırıq vermə alqoritmamızdan istifadə edərək riyaziyyat üzrə ibtidai sinifdən universitet səviyyəsinə qədər bütün şagirdlərə bələdçilik edir. Sayt həmçinin daha mütəxəssisləşdirilmiş məzmun vəd etmək üçün NASA, Modern Sənət Muzeyi, Kaliforniya Elmlər AkademiyasıMIT kimi qurumlarla əməkdaşlıq edir.[8]

Khan Academy
Loqonun şəkli
URL Khan Academy
Kommersiya Xeyr
Tipi Qeyri-kommersiya təşkilatı[1]
Qeydiyyat İcbari
Dilləri Azərbaycanca, ingiliscə, rusca, gürcücə, türkcə, portuqalca, qazaxca, bolqarca, ispanca
İstifadəçi sayı 2 500 000[2]
Proqramlaşdırma dili Java[3]
Sahibi Sal Xan[4]
Açılma tarixi 2008
Hazırkı statusu Aktiv
Gəlir
  • 46.244.725 $ (2019)[5]
Şüar Hər kəs üçün, hər yerdə ödənişsiz
Alexa reytinqi 359 (2020)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Veb-sayt və onun məzmunu əsasən ingilis dilində verilir, bununla yanaşı, eyni zamanda, azərbaycan, benqal, bolqar, çin, çex, danimarka, ərəb, holland, fransız, gürcü, alman, ivrit, hindi, indoneziya, italyan, yapon, koreya, norveç, polyak, portuqal, serb, ispan, isveç, tamil, teluqu, türk, urduözbək dillərində də fəaliyyət göstərir.[9]

Qurumun qurucusu Salman Xan, ABŞ-nin Nyu-Orlean şəhərində bir benqallı ata və bir hind anasının övladı olaraq doğulub böyüdü. Massaçusets Texnologiya İnstitutunda üç fərqli sahə üzrə təhsil aldıqdan sonra dörd il ərzində Harvardda biznes idarəetməsi fakültəsi üzrə magistratura pilləsini qazandı.[10]

2004-cü ilin sonlarına yaxın əmisi oğlu Nadiaya riyaziyyat tədris edərkən, bənzər kurs istəkləri tələbi ilə Youtube videolarını hazırlamağa başlayan Salman Xan, hazırladığı dərsləri yüksək qiymətləndirənlərin sıx marağına görə 2009-cu ildə işini tərk etmiş və 2010-cu ildən bəri "Khan Academy" adlı qeyri-kommersiya təşkilatı yaratmış və dərslər hazırlamağa başlamışdır.[11] Məlumatın ehtiyacı olan hər kəs üçün sərbəst olacağına inanan Xan, maliyyə sektorunda uğurlu bir karyeradan imtina edərək, ən dəyərli bir şey olduğuna inandığı biliklərini paylaşmağı seçir. Khan Academy, qazanc üçün deyil, ianə ilə dəstəklənən və təhsil sahəsindəki sosial sahibkarlığın nümunəsidir.[12] Bill & Melinda Qeys vəqfi, Ann və John Doerr, Lemann Vəqfi və Google kimi böyük təşkilatlardan ianələr alaraq, texnologiyaya əsaslanan və insanlara yönümlü təhsil anlayışının yayılmasına və dünyada təhsildə bərabər imkanlara töhfə verməyi hədəfləyir. 2010-cu ildə Google, dərsləri artırmaq və bütün əsas ifadələri fərqli ortaq dillərə tərcümə etmək üçün, 10^100 Layihəsi çərçivəsində Khan Academy təşkilatına 2 milyon dollar verdiyini açıqladı. 2020-ci ildə saytın azərbaycanca versiyası açılmışdır.[13]

  1. Bansal, Varsha. "Khan academy gets its math right, adds content in local languages". The Economic Times. 24 sentyabr 2018. 2020-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15.
  2. "Khan Academy". Skoll. 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2020.
  3. "Interesting Khan Academy Statistics and Facts". expandedramblings.com. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2020.
  4. "Khan Academy's Competitors, Revenue, Number of Employees, Funding and Acquisitions". Owlers. 2020-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2020.
  5. https://www.charitynavigator.org/ein/261544963.
  6. "Khan Academy Inc - Nonprofit Explorer". ProPublica (ingilis). 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2020.
  7. Sampson, Demetrios G.; Ifenthaler, Dirk; Spector, J. Michael; Isaias, Pedro. Digital Systems for Open Access to Formal and Informal Learning (ingilis). Kaliforniya, ABŞ: Springer. 2014. səh. 19. ISBN 978-3-319-02264-2. 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2020.
  8. "Haqqımızda". Khan Academy (az.). 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2020.
  9. Noer, Michael. "One Man, One Computer, 10 Million Students: How Khan Academy Is Reinventing Education". Forbes (ingilis). 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2020.
  10. Dreifus, Claudia. "It All Started With a 12-Year-Old Cousin". The New York Times. 27 yanvar 2014. 2021-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2020.
  11. Bertodano, Helena de. "Khan Academy: The man who wants to teach the world". Telegraph. 28 sentyabr 2012. 2021-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2020.
  12. Temple, James. "Salman Khan, math master of the Internet". SFGate. 14 dekabr 2009. 2010-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2020.
  13. "'A Bit Of A Montessori 2.0': Khan Academy Opens A Lab School". NPR.org (ingilis). 2021-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]