Kiçik Şantar

Kiçik ŞantarŞantar adaları qrupuna daxil olan üçüncü böyük ada. Böyük Şantar adasından 8 km aralıda qərarlaşır. Şimaldan cənuba uzanır və balığa bəngər quruluşa malikdir. Adanın sahəsi 100 km², uzunluğu 19 km, eni isə 1,5–6 km arasında dəyişir[1]. Materikdən Lindholm boğazı, Beliçi adası adasından isə Opasnı boğazı ilə ayrıllr. Adanın şimal nöqtəsi Uspeniya burnu, cənub nöqtəsi isə Qaykovski burnudur. Bütünlüklə tayqa meşələri ilə örtülüdür. 1999-cu ildə digər adalarla birlikdə "Şantar adaları"[2] yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir[3].

Kiçik Şantar
rus. Малый Шантар
Ümumi məlumatlar
Hündür nöqtəsi 224 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
54°29′ şm. e. 137°36′ ş. u.
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Kiçik Şantar xəritədə
Kiçik Şantar
Kiçik Şantar
  1. "Яндекс Карты". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-30.
  2. "ПОСТАНОВЛЕНИЕ Главы администрации Хабаровского края от 23.06.1999 N 249 "ОБ ОРГАНИЗАЦИИ ГОСУДАРСТВЕННОГО ПРИРОДНОГО ЗАКАЗНИКА ФЕДЕРАЛЬНОГО ЗНАЧЕНИЯ "ШАНТАРСКИЕ ОСТРОВА" НА ТЕРРИТОРИИ ТУГУРО-ЧУМИКАНСКОГО РАЙОНА ХАБАРОВСКОГО КРАЯ"". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-30.
  3. "Постановление Правительства РФ от 30 декабря 2013 года № 1304". 2014-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-04.