Kiçik Asiya siçancığı (lat. Mesocricetus brandti) Gəmiricilər (Rodentia) dəstəsindan bir Məməli növü. Talışın arid yaylası və Ceyrançölün qərbində Mesocricetus brandti (Kiçik Asiya siçancığı) nadir halda yaşayır. Olduqca azsaylıdır. Hal-hazırda sayı barədə dəqiq məlumat yoxdur.
Kiçik Asiya siçancığı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kiçik Asiya siçancığı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bədəninin uzunluğu — 150 mm, quyruğunun uzunluğu — 39 мм-dir. Çəkisi 296 qrama qədərdir. Üst tərəfinin rəngində qonurumtul-noxudu, alt tərəfində isə açıq rənglər üstünlük təşkil edir. Döşündə qarta xal vardır.
Cənubi Qafqazın və Ön Asiyanın (Qərbi İran, Türkiyə) dağ və dağətəyi ərazilərində, Şimali Qafqazın Dağıstan hissəsində və Gürcüstanda rast gəlinir. Azərbaycanda Dağlıq Qarabağda, Lənkəran təbii vilayətinin dağlıq ərazilərində və Naxçıvan ərazisində yayılmışdır.
Əsasən, dənli, ot və yabanı bitkilərlə zəngin cöl sahələrində 300–2000 m hündürlükdə, bəzən əkin sahələrində və onun ətrafında məskunlaşırlar. Özlərinin qazdıqları yuvalarda yaşayırlar.
Populyasiyada fərdlərin sayı hava şəraitindən (quraqlıq illərdən), antropogen amillərdən, o cümlədən, onların məskunlaşdığı sahələrdə torpaqların mənimsənilməsindən asılıdır.
Qorunması məqsədilə xüsusi olaraq qəbul edilmiş tədbirlər mövcud deyil.
Növün qorunması, onun biotoplarının qorunması ilə əlaqədardır. Heyvanların məskunlaşdığı yerlərdə meşələrin qırılmasının qarşısının alınması