Kiçik Ermənistan[1] (erm. Փոքր Հայք, yun. Αρμενία Μικρα, lat. Armenia Minor) — Kiçik Asiyada, Fərat, Kelkit və Qızılirmaq çaylarının yuxarı hissəsində tarixi vilayət.[2]
Vilayət Əhəmənilər dövlətinin bir hissəsi idi. Bundan sonra Makedoniyalı İsgəndər tərəfindən fəth edilmiş, lakin e.ə. 322-ci ildə İsgəndərin ölümündən sonra paytaxtı Kəmax olan müstəqil bir çarlığa çevrilmişdir. Eramızdan əvvəl II əsrdə vilayət Pont çarı VI Mitridatın hökmranlığına girmişdir. Mitridat Kiçik Ermənistanda yetmiş beş istehkam qalası tikdirmişdir. Onun ölümündən sonra Kiçik Ermənistan ərazisi müxtəlif Roma hökmdarlarına tərəfindən idarə edilmiş, inzibati sərhədləri dəyişmişdir. Roma imperatoru Kaliqula e.ə. 39-cu ildə Romadan asılı olan Kiçik Ermənistan çarlığını qurmuşdur. İmperator Vespasian b.e. 71-ci ilində Kiçik Ermənistan çarlığını ləğv etmiş və ərazini Kappadokiya vilayətinə birləşdirmişdir. III əsrin sonunda Diokletian ərazini müstəqil bir vilayət halına gətirmiş, Feodosi isə Kiçik Ermənistanı 2 vilayətə bölmüşdür.[2]