Kiçik Nikobar (ing. Little Nicobar, hind. छोटा निकोबार) — Nikobar adaları arxipelaqının cənubunda yerləşən ada. Böyük Nikobar adasından 7,5 km şimalda, Katçall adasından 70 km cənubda yerləşir. Ada 24 km uzunluğa, 12 km enə malikdir. Sahəsi — 159 km²[1]. 2001-ci il siyahıya alınmasına görə adada 432 nəfər yaşayır[2]. Maksimal hündürlüyü 435 metrdir.
Kiçik Nikobar | |
---|---|
ing. Little Nicobar, hind. छोटा निकोबार, kar ओंग | |
Ümumi məlumatlar | |
Sahəsi | 159 km² |
Uzunluğu |
|
Eni | 12 km |
Sahil uzunluğu | 435 km |
Hündür nöqtəsi | 435 ± 1 m |
Əhalisi | 432 nəfər (2001-ci il) |
Yerləşməsi | |
7°20′00″ şm. e. 93°40′00″ ş. u. | |
Ölkə | Hindistan |
Arxipelaq | |
|
2004-cü il Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra əhalisi qonşu adaya köçürülmüşdür[3].