Kiçik Plini xristianlar haqqında — Vifiniya və Pont vilayətinin (indiki Türkiyədə yerləşir) hakimi Kiçik Plininin b.ə. 112-ci ildə imperator Trayana yazdığı məktub. Burada o, erkən xristian icması ilə necə məşğul olması haqqında imperatordan məsləhət istəmişdir. Məktubda (Epistulae X.96) Plininin anonim ittihamlar nəticəsində onun qarşısına çıxan şübhəli xristianlar üzərində necə məhkəmələr aparması barədə təfərrüat verilir və onlarla necə rəftar edilməli olduğuna dair imperatordan göstəriş tələb olunur.[1][2]
Nə Plini, nə də Trayan, xristian olmaları istisna olmaqla, xristianların törətdikləri cinayətlərdən bəhs etmirlər. Digər tarixi mənbələr bu cinayətin nə ola biləcəyinə sadə olaraq cavab vermir, lakin alimlər tərəfindən güman edilir ki, bu, xristianların Roma tanrılarına sitayiş etməkdən inadla imtina etmələri ilə əlaqədardır. Bu hərəkət onları Roma hakimiyyətinə etirazçı kimi göstərmişdi.[3][4]