Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı

Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı — 1978-ci ilin fevralında Lənkəran rayonu ərazisində Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində yaradılmışdır.

Kiçik Qızılağac yasaqlığı
azərb. Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı
Peyk şəkli
Peyk şəkli
BTMB kateqoriyası — IV (Növlərə nəzarət ərazisi)
Sahəsi 10700 hektar
Yaradılma tarixi 1978
İdarəetmə orqanı AETSN
Çay Viləşçay
Faunası Qaz, ördək, durna, qaşqaldaq, bağ quşu, qutan, qaban, canavar, qamış pişiyi, porsuq, susamuru, tülkü
Yerləşməsi
39°06′06″ şm. e. 49°00′55″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Lənkəran rayonu
Yerləşməsi Qızılağac körfəzi
Yaxın şəhər Liman
Kiçik Qızılağac yasaqlığı xəritədə
Kiçik Qızılağac yasaqlığı
Kiçik Qızılağac yasaqlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yasaqlığın yaradılmasında məqsəd buradakı su, bataqlıq və quru ərazilərinin köçəri və oturaq quşlarını qorumaqdır. Ərazisi 10 700 hektardır. Kiçik Qızılağac körfəzi balıqlarla zəngindir və çoxlu sayda köçəri və oturaq quşların məskənidir.

Yasaqlıqda quşlardan turac, dovdaq, mərmər cürə, dəniz qartalı, məzar qartalı, sultan toyuğu, dovdaq, ərsindimdik, qırmızıdöş qaz və s., məməlilərdən canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq və s. növlərə təsadüf edilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]