Liman (əvvəlki adı: Port İliç) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Port İliç şəhər inzibati-ərazi vahidi tərkibindəki Port İliç şəhəri Liman şəhəri, Port İliç şəhər inzibati-ərazi vahidi Liman şəhər inzibati-ərazi vahidi adlandırılmışdır.[2]
Liman | |
---|---|
38°52′24″ şm. e. 48°48′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1921 |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
1921-ci ildə Lənkəran şəhərinin şimalında, dəniz gəmilərinin yan aldığı buxtada (ruslar tərəfindən "Prival" adlanan yerdə) yerləşən yaşayış məntəqəsinin yerində qəsəbə salınmışdır. Əvvəlki illərdə buradakı buxta Xəzər dənizinin şimalı ilə cənubu arasında hərəkət edən gəmilərin dayanacaq yeri idi. 1924-cü ildə isə qəsəbə Vladimir İliç Leninin adına Port İliç adlandırılmışdır. 1971-ci ildə şəhər statusunu almışdır. 5 oktyabr 1999-cu ildən adı dəyişdirilərək Liman adlandırılmışdır.
Liman şəhəri Lənkəran şəhərindən 12 km şimalda, Xəzər dənizi sahilində yerləşir.
1989-cu ildə SSRİ-də həyata keçirilmiş siyahıyaalmanın nəticələrinə görə burada 14056 nəfər əhali yaşayırdı[3].
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
13 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılmışdır[11].
Lənkəran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |