Kiçik dəniz boğazı

Kiçik dəniz (bur. Нарин далай — "dar dəniz") — Baykal gölünün mərkəzi hissəsində Olxon adasını materikdən ayırır. Boğaz Baykalönü milli parkının ərazisinə daxildir.

Kiçik dəniz boğazı
bur. Нарин далай
Ümumi məlumatlar
Eni 5-16 km
Uzunluğu 70 km
Yerləşməsi
53°15′00″ şm. e. 107°15′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Ayırır Olxon adasını materikdən
Kiçik dəniz boğazı xəritədə
Kiçik dəniz boğazı
Kiçik dəniz boğazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Baykal gölünün xəritəsi
Şaman Qayası
Kiçik dənizə açılan mənzərə

Topaqrafik xəritələrdə və atlaslarda[1][2][3] Kiçik dəniz boğaz kimi göstərilmışdir. Naviqasiya xəritələri və atlaslarında (Rusiya Müdafiə Nazirliyinin müvafiq xəritələrində) körfəz olaraq göstərilir[4][5][6][7]. "Kiçik dəniz" toponiminin sonunda boğaz/körfəz terminləri işlədilir.

Boğazın uzunluğu 70 km, eni isə 5–16 km arası dəyişir. Dərinliyi şimal hissədə 210 m təşkil edir. Şimal-qərb hissədə sahil novunda dərinliyi 1746 m-dir. Cənub-qərbdə Kiçik dəniz boğazı Olxon darvazasına birləşir, şimal-qərbdə isə Muxor körfəzi yerləşir.

Kiçik dənizdə İjilxey, Zamoqoy, Oqoy, Oltrek, Xibin və s. adaları vardır. Sahillərində Aral, Zunduk, Oto-Xuşun, Ulan-Xanski, Uyaqa, Xadarta (materik sahili), Xoboy, Şaman Qayası, Kobılya Qolova, Budun, Şibetski (Olxon adası) burunları vardır. Boğaza Sarma və Kurma çayları axır.

Balıqçılıq inkişaf etmişdir[8]. Sularında nərə, baykal omulu, siqi, okun, adi durnabalığıeleç kimi balıqlar vardır.

Sahillərində İrkutsk vilayəti Olxon rayonu ərazisində bir sıra yaşayış məntəqələri vardır: Xujir, Xaransı, Pesçanaya, Kurma və Sarma[9].

  1. İrkutsk diyarı, Ust-Ordınski, Buryatiya muxtar vilayətı. Avtoyol xəritəsi, 2002 г. ISBN 5-85120-125-8
  2. "Rusiya Federasiyasının milli atlası". 2012-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-08.
  3. "İctimai kadastr xəritəsi". 2016-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-08.
  4. Baykal gölü. Mərkəzi hissə. От устья реки Селенги до мыса Ижимей. М 1: 200000. Admiral № 62061. — SPB.: QUNiO МО RF, 1992.
  5. Baykal gölü. Mərkəzi hissə. İjimey burnundan Daşa körfəzinə qədər. М 1: 200000. Admiral № 62062. — SPB.: QUNiО МО RF, 1992.
  6. Baykal gölü. Admiral № 1007. — SPB.: QUNiО МО RF, 1993. — 238 с.
  7. Baykal gölü. Sahil hissə. М 1:50000. Admiral nömrə 65064. — СПб.: QUNiО МО RF, 2001.
  8. "Kiçik dəniz — Ümumi məlumat". 2015-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-08.
  9. "Kiçik dəniz". 2015-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-08.