Olxon adası (bur. Ойхон арал) — Baykal gölünün ən böyük adası.
Olxon adası | |
---|---|
bur. Ойхон арал | |
Ümumi məlumatlar | |
Sahəsi | 730 km² |
Uzunluğu |
|
Eni | 21 km |
Hündür nöqtəsi | 1274 m |
Əhalisi | 1.742 nəfər (2018-ci il) |
Yerləşməsi | |
53°09′24″ şm. e. 107°23′01″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın uzunluğu 73,5 km, eni 15 km, sahəsi 730 km²-dir. Əhalisi 1742 nəfər təşkil edir (2018). İrkutska gedən avtomagistralla şəhər arasında məsafə 256 km-dir. Materikdən Kiçik dəniz və Olxon darvazası boğazları ilə ayrılır. Adadan şərqində Baykalın ən hündür nöqtəsi (1642 m) yerləşir. Ada yaxınlıqda yerləşən adalarla birlikdə Pribaykal Milli Parkını əmələ gətirir. Adanın ən hündür zirvəsi İjimey dağıdır (1274 m).
Ruslaşmış adı Olxon Buryat dilində işlənən "oyxon" — "kiçik meşə" və ya "bir qədər ağaclı" mənasını verən sözdən törəmişdir. Səbəb isə ada səthinin üçdə birindən çoxunu meşələr təşkil etməsidir.
Olxonda təbiətin müxtəlifl lanşaft formalarına rastlamaq mümkündür. Burada çöl ərazisi, qumlu çimərliklər, dyunlu təpələr, ağaclarla örtülmüş ərazilər, sahildə enli yarpaqlı meşələr, sərt qayalar, üzəri qırmızı mamırla örtülmüş sıldırımlar, su bitkiləri ilə örtülmüş bataqlıqlar vardır.
Baykal bölgəsi günəşli günlərin sayına görə fərqlənir. Olxon adasında yalnız 48 gün buludluluq müşahidə edilir. İl ərzində düşən yağıntının miqdarı 140 mm-dən artıq olmur. Bu baxımdan Olxonu ancaq Mərkəzi asiyasın bir neçə quraq bölgəsi ilə müqayisə etmək olar. Yerli əhali bağ və bostanlarını süni suvarmadan istifadə etməklə sulayırlar. Burada torpaq eroziyası müşahidə edilir.
Baykalın su sahəsi sahil iqliminə təsir göstərir. Qışı yumşaq, yayı isə sərin keçir. Yazın gəlişi digər ərzilərə nisbətdə 10–15 gün gecikir. Payız kifayət qədər sərin olur.
Adada 9 yaşayış məntəqəsi vardır. Onların böyük qismi adanın qərbində, çöl zonsında yerləşir. 2017-ci il məlumatına görə adada 1742 nəfər yaşayır. Bunun 1350 nəfəri Xujir qəsəbəsində yaşayır. Milli tərkibi — buryatlar, ruslar.
Xujir qəsəbəsi adanın əsas yaşayış məntəqəsi sayılır. Xujirdə məlumat və ekskursiya mərkəzi, Nikolay Revyakinadına diyarşunaslıq muzeyi, bazar, bir neçə kafe, qida və bəzək əşyaları dükanları, internet kafe vardır. Turistlərt üçün velosipedlər, minik atları icarəyə verilir. Turistlərə otel və mehmanxanalar təklif edilir. Qəsəbədə adada yeganə olan yanacaqdoldurma məntəqəsi vardır. Keçmişdə Xujirdə Baykalda yerləşən ən böyük Malomorsk balıqçılıq fabriki mövcud idi.
Şaman-qaya Asiyanın doqquz "müqəddəs" yerlərindən biri sayılır. Baykalın isə ən məşhur ərazisidir. Göl haqqında çəkilən istənilən filmdə və ya foto təsvirdə bu burunun olması vahib hal alır[1].
İki zirvəli qaya mərmər və dolomitləşmiş əhəng daşından təşkil olunmuşdur. Bəzi hissələrdə isə qrafit belə mövcuddur. Qayanın üzəri qırmızı rəngli şibyələrlə örtülmüşdür. Sahilə yaxın qayanın hündürlüyü 30 m, ikincininin isə 42 metrdir. Sahilə yaxın qayada bir mağara vardır. Mağara suyun əhəng daşını yuma və erroziya fəaliyyəti sayəsində meydana gəlmişdir. Mağaranın girişində uzunluq 12 m, eni 3–4,5 m, hündürlüyü isə 1–6,5 m arasında dəyişir. Mağaraya giriş iki istiqamətdəndir: şimal-şərq və qərb. Mağarada yan dəhlizlər və ensiz keçidlər vardır. qayanın qərb hissəsində qəhvəyi suxurun onun səthinə çıxması ilə təbii şəkildə meydana gəlmiş bir əjdaha təsviri vardır.