Kiçik kömək (film, 2010)

Kiçik kömək (ing. A Little Help) — 2010-cu ildə istehsal olunmuş ABŞ filmi. Film komediya-dram janrındadır. Ssenari müəllifi və rejissoru Maykl C. Ueythorndur. Baş rollarda Cenna Fişer, Kris O`Donnell, Rob Benedikt, Arden MayrinDaniel Yelski iştirak edirlər. Bu film Maykl C. Ueythornun ilk rejissorluq debütüdür.[2] Film bir qadının sədaqətsiz ərinin ölümündən sonra 12 yaşlı oğlu ilə başına gələn hadisələrdən bəhs edir. Film ilk dəfə 21 may 2010-cu ildə Sietl Beynəlxalq Film Festivalında göstərilib.[3]

Kiçik kömək
ing. A Little Help
Janr komediya
romantik
dram
Rejissor Maykl C. Ueythorn
Prodüserlər Dena Haysl
Co Qresis
Maykl C. Ueythorn
Ssenari müəllifi Maykl C. Ueythorn
Baş rollarda Cenna Fişer
Kris O`Donnell
Rob Benedikt
Arden Mayrin
Daniel Yelski
Operator Tom Hartinq
Bəstəkar Ostin Vintori
İstehsalçı Secret Handshake Entertainment
İlk baxış tarixi 21 may 2010 (Sietl)
22 iyul 2011 (ABŞ)
Müddət 108 dəqiqə
Gəlir 96.868 $[1]
Ölkə ABŞ ABŞ
Dil ingiliscə
İl 2010
Rəng rəngli
Çəkiliş yeri ABŞ Nyu-York, ABŞ
IMDb ID1319722

Laura Felke (Cenna Fişer) həyat yoldaşı Bobla (Kris O`Donnell) on iki yaşlı oğulları Dennisi (Daniel Yelski) böyüdürlər. Laura diş təmizləyən texnik və Bob daşınmaz əmlak ofisində işləyir evə gec gəlir. Laura ailəsi ilə birlikdə bacısıqızının ad günü mərasiminə gedir. Laura Bobun onu aldatdığından şübhələnir və onlar dalaşırlar. Laura evdən qaçır və onun arxası ilə gedən Bob qəflətən yıxılır. Qısa bir müayinədən sonra həkim ona panik atak diaqnozu qoyur. Ertəsi gecə sevişərkən Bob yenidən kriz keçirir və aritmiyadan ölür. Lauranın bacısı Keti Helms (Bruk Smit) onu iqtisadi vəziyyətini müzakirə etmək üçün vəkilə müraciət etməyə məcbur edir. Vəkil yeganə çıxış yolunun həkimi məhkəməyə vermək olduğunu izah edir. Laura könülsüz olsa da bununla razılaşır. Məhkəmə prosesi vaxtı Bobun katibəsi onların eşq məcarası olduğunu etiraf edir.

Lauranın bacısı oğlu Kayl Helms (Zak Peyc) gitara çalmaqla məşğul olur. Atası onu dəstəkləsə də anası bunun onun təhsil həyatına zərər verəcəyini düşünür və Kaylı dostları ilə birlikdə qarajı istifadə etməyi qadağan edir. Bir gün atası Kaylı özü ilə radioya aparır və Dion Dimucci ilə tanış edir. Proqramdan sonra Kayl və Dion birlikdə ifa edirlər. Yeni məktəbə gedən Dennis (Daniel Yelski) məşhurlaşmaq üçün atasının 11 sentyabr terror aktları vaxtı yanğınsöndürən kimi insanların həyatını xilas edərkən öldüyünü deyir. Laura buna qarşı çıxır və oğlunu tənqid edir, lakin ona dəstək olmaq üçün hekayəsini sinif yoldaşlarına danışır. Bir gün dostunun ad günü mərasiminə gedən Kayl ordan belinə Dünya Ticarət Mərkəzinin şəklini boyadaraq qayıdır. Ad günü mərasimi vaxtı bir uşaq Kaylı yay düşərgəsindən tanıyır və onun dostlarına yalanı barədə xəbər verir. Həmin uşağın anası ilə yanacaqdoldurma məntəqəsində tanış olan Laura tələsik ad günü mərasiminin olduğu yerə gedir və oğlunu ağlamağı ilə qarşılaşır.

Paul Helms (Rob Benedikt) Laruanın bacısı Keti ilə evlidir. Bir gecə o və Laura həyətdə gəzişir, marixuana çəkir və söhbət edirdilər. Paul Laruanı məktəb vaxtından sevdiyini, Keti ilə ona bənzədiyi üçün evləndiyini və bunun bir səhv olduğunu etiraf edir. Bir neçə gün sonra Larua Paulu iş yerinə çağıraraq ona görüş təklif edir. O, Paula duyğularının qarşılıqlı olduğunu deyir. O bir az uzaqlaşsa da Paul ona yaxınlaşaraq gözəl olduğunu deyir və onlar öpüşürlər.

Filmin senarisini 2005-ci ildə yazdığını deyən Ueythorn filmi "içərisində çoxlu komediya, hətta bir az hüzün olan dram" kimi qələmə verir.[2] Filmin istehsalına 2009-cu ilin yanvar ayında Corciyada başlanılmışdır.[4] Həmçinin Vaşinqton limanında da çəkilişlər aparılmışdır.[2]

Çəkiliş qrupu

[redaktə | mənbəni redaktə et]
A Little Help (Original Motion Picture Soundtrack)
Müxtəlif sənətçilər tərəfindən ifa olunmuş Film musiqisi
Növü Film musiqisi
Yayımlanma tarixi 19 iyul 2011 (2011-07-19)
Janr İndi-rok
Müddət 33:48
Dil İngilis dili
Leybl Columbia Records

Filmin musiqisi Columbia Records tərəfindən istehsal edilmişdir. Albom üçün Ceykob Dilanın 3 yeni mahnı səsləndirmişdir. Bundan başqa alboma Ostin Vintori, Zak Peyc, Dion, Seli ÇapmanLouden Swain qrupunun mahnıları da daxil edilmişdir.[5][6]

BaşlıqYazar(lar)Müddət
1."Down In A Hole (You've Got To Stop Digging)"Ceykob Dilan3:39
2."You're No Match"Ceykob Dilan4:22
3."No Season At All"Ceykob Dilan3:35
4."Runaround Sue"Dion4:28
5."If You Want to Rock n Roll"Dion və Zak Peyc2:12
6."I'm Lucky"Seli Çapman3:11
7."Help You"Louden Swain4:25
8."Kyle's Guitar Solo"Zak Peyc1:54
9."Receiving (Score)"Ostin Vintori2:52
10."Twenty Years Too Late (Score)"Ostin Vintori3:10
Ümumi müddət:33:48

Ev video buraxılışı

[redaktə | mənbəni redaktə et]

Film 25 oktyabr 2011-ci ildə Image Entertainment şirkəti tərəfindən DVD və Blu-ray halında satışa çıxmışdır. Bu disklərə filmdən əlavə aktyorlarla müsahibələr, Ceykob Dilanın musiqi videosu, rəsmi treyler və televiziya reklamı daxil edilmişdir.[7]

Film ümumilikdə kafi olaraq qiymətləndirilib. Lakin Cenna Fişerin rolu isə hamı tərəfindən bəyənlib. "Rotten Tomatoes" saytında 44 tənqidçidən 41%-i filmi müsbət qiymətləndirmiş və film saytda 10 ballıq sistem üzrə 5.7 balla qiymətləndirilmişdir. "Metacritic"də isə film orta səviyyəli rəylər alaraq 21 tənqidçinin rəyinə əsasən 59 bal toplamışdır. A.V. Club-dan Natan Rabin film haqqında C+ qiyməti verərək belə düşünür : “Bu baxımlıdır amma kifayət qədər hərəkətsiz olan dram-komediya öz süjetinə danışılmayan real həyat bədbəxtlilərini daxil edərək bunları ittiham etməyə kiminsə haqqının olub olmadığını müzakirə edir.”[8]

Mükafatlar və nominasiyalar

[redaktə | mənbəni redaktə et]
İl Mükafat Kateqoriya Nominasiya Nəticə
2010 Monreal film festivalı Qızıl zenit Maykl C. Ueythorn Namizəd
San-Diyeqo film festivalı Ən yaxşı bədii film Kiçik kömək Qazandı[9]
  1. "A Little Help" (ingilis). Box Office Mojo. 2017-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-03.
  2. 1 2 3 Mary Ellen Walsh. "Filmmaker Gets A Little Help from Port Washington" (ingilis). Port Washington Patch. 2010-07-14. 2016-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-07.
  3. Ryan Fleming. "A Little Help Review" (ingilis). Digital Trends. 2011-06-22. 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-03.
  4. Tatiana Siegel. "Jenna Fischer gets 'A Little Help'" (ingilis). Variety. 2008-11-03. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
  5. "'A Little Help' Soundtrack announced" (ingilis). 2011-06-29. 2021-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-02.
  6. Max Blau. "Song Premiere: Jakob Dylan — "You're No Match"" (ingilis). Paste. 2011-06-27. 2012-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-07.
  7. Laurance. "New Release: A Little Help DVD and Blu-ray" (ingilis). DiscDish. 2011-09-27. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-07.
  8. Nathan Rabin. "A Little Help" (ingilis). A.V. Club. 2011-07-21. 2017-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-03.
  9. Suzette Valle. "Top Picks from the San Diego Film Festival" (ingilis). The Wrap. 2010-10-05. 2021-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]