Kiçik kömək (ing. A Little Help) — 2010-cu ildə istehsal olunmuş ABŞ filmi. Film komediya-dram janrındadır. Ssenari müəllifi və rejissoru Maykl C. Ueythorndur. Baş rollarda Cenna Fişer, Kris O`Donnell, Rob Benedikt, Arden Mayrin və Daniel Yelski iştirak edirlər. Bu film Maykl C. Ueythornun ilk rejissorluq debütüdür.[2] Film bir qadının sədaqətsiz ərinin ölümündən sonra 12 yaşlı oğlu ilə başına gələn hadisələrdən bəhs edir. Film ilk dəfə 21 may 2010-cu ildə Sietl Beynəlxalq Film Festivalında göstərilib.[3]
Kiçik kömək | |
---|---|
ing. A Little Help | |
Janr |
komediya romantik dram |
Rejissor | Maykl C. Ueythorn |
Prodüserlər |
Dena Haysl Co Qresis Maykl C. Ueythorn |
Ssenari müəllifi | Maykl C. Ueythorn |
Baş rollarda |
Cenna Fişer Kris O`Donnell Rob Benedikt Arden Mayrin Daniel Yelski |
Operator | Tom Hartinq |
Bəstəkar | Ostin Vintori |
İstehsalçı | Secret Handshake Entertainment |
İlk baxış tarixi |
21 may 2010 (Sietl) 22 iyul 2011 (ABŞ) |
Müddət | 108 dəqiqə |
Gəlir | 96.868 $[1] |
Ölkələr | ABŞ |
Dil | ingiliscə |
İl | 2010 |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-York, ABŞ |
IMDb | ID1319722 |
Laura Felke (Cenna Fişer) həyat yoldaşı Bobla (Kris O`Donnell) on iki yaşlı oğulları Dennisi (Daniel Yelski) böyüdürlər. Laura diş təmizləyən texnik və Bob daşınmaz əmlak ofisində işləyir evə gec gəlir. Laura ailəsi ilə birlikdə bacısıqızının ad günü mərasiminə gedir. Laura Bobun onu aldatdığından şübhələnir və onlar dalaşırlar. Laura evdən qaçır və onun arxası ilə gedən Bob qəflətən yıxılır. Qısa bir müayinədən sonra həkim ona panik atak diaqnozu qoyur. Ertəsi gecə sevişərkən Bob yenidən kriz keçirir və aritmiyadan ölür. Lauranın bacısı Keti Helms (Bruk Smit) onu iqtisadi vəziyyətini müzakirə etmək üçün vəkilə müraciət etməyə məcbur edir. Vəkil yeganə çıxış yolunun həkimi məhkəməyə vermək olduğunu izah edir. Laura könülsüz olsa da bununla razılaşır. Məhkəmə prosesi vaxtı Bobun katibəsi onların eşq məcarası olduğunu etiraf edir.
Lauranın bacısı oğlu Kayl Helms (Zak Peyc) gitara çalmaqla məşğul olur. Atası onu dəstəkləsə də anası bunun onun təhsil həyatına zərər verəcəyini düşünür və Kaylı dostları ilə birlikdə qarajı istifadə etməyi qadağan edir. Bir gün atası Kaylı özü ilə radioya aparır və Dion Dimucci ilə tanış edir. Proqramdan sonra Kayl və Dion birlikdə ifa edirlər. Yeni məktəbə gedən Dennis (Daniel Yelski) məşhurlaşmaq üçün atasının 11 sentyabr terror aktları vaxtı yanğınsöndürən kimi insanların həyatını xilas edərkən öldüyünü deyir. Laura buna qarşı çıxır və oğlunu tənqid edir, lakin ona dəstək olmaq üçün hekayəsini sinif yoldaşlarına danışır. Bir gün dostunun ad günü mərasiminə gedən Kayl ordan belinə Dünya Ticarət Mərkəzinin şəklini boyadaraq qayıdır. Ad günü mərasimi vaxtı bir uşaq Kaylı yay düşərgəsindən tanıyır və onun dostlarına yalanı barədə xəbər verir. Həmin uşağın anası ilə yanacaqdoldurma məntəqəsində tanış olan Laura tələsik ad günü mərasiminin olduğu yerə gedir və oğlunu ağlamağı ilə qarşılaşır.
Paul Helms (Rob Benedikt) Laruanın bacısı Keti ilə evlidir. Bir gecə o və Laura həyətdə gəzişir, marixuana çəkir və söhbət edirdilər. Paul Laruanı məktəb vaxtından sevdiyini, Keti ilə ona bənzədiyi üçün evləndiyini və bunun bir səhv olduğunu etiraf edir. Bir neçə gün sonra Larua Paulu iş yerinə çağıraraq ona görüş təklif edir. O, Paula duyğularının qarşılıqlı olduğunu deyir. O bir az uzaqlaşsa da Paul ona yaxınlaşaraq gözəl olduğunu deyir və onlar öpüşürlər.
Filmin senarisini 2005-ci ildə yazdığını deyən Ueythorn filmi "içərisində çoxlu komediya, hətta bir az hüzün olan dram" kimi qələmə verir.[2] Filmin istehsalına 2009-cu ilin yanvar ayında Corciyada başlanılmışdır.[4] Həmçinin Vaşinqton limanında da çəkilişlər aparılmışdır.[2]
A Little Help (Original Motion Picture Soundtrack) | |
---|---|
Müxtəlif sənətçilər tərəfindən ifa olunmuş Film musiqisi | |
Növü | Film musiqisi |
Yayımlanma tarixi | 19 iyul 2011 |
Janr | İndi-rok |
Müddət | 33:48 |
Dil | İngilis dili |
Leybl | Columbia Records |
Filmin musiqisi Columbia Records tərəfindən istehsal edilmişdir. Albom üçün Ceykob Dilanın 3 yeni mahnı səsləndirmişdir. Bundan başqa alboma Ostin Vintori, Zak Peyc, Dion, Seli Çapman və Louden Swain qrupunun mahnıları da daxil edilmişdir.[5][6]
№ | Başlıq | Müəllif | Müddət | ||||||
---|---|---|---|---|---|---|---|---|---|
1. | Down In A Hole (You've Got To Stop Digging) | Ceykob Dilan | 3:39 | ||||||
2. | You're No Match | Ceykob Dilan | 4:22 | ||||||
3. | No Season At All | Ceykob Dilan | 3:35 | ||||||
4. | Runaround Sue | Dion | 4:28 | ||||||
5. | If You Want to Rock n Roll | Dion və Zak Peyc | 2:12 | ||||||
6. | I'm Lucky | Seli Çapman | 3:11 | ||||||
7. | Help You | Louden Swain | 4:25 | ||||||
8. | Kyle's Guitar Solo | Zak Peyc | 1:54 | ||||||
9. | Receiving (Score) | Ostin Vintori | 2:52 | ||||||
10. | Twenty Years Too Late (Score) | Ostin Vintori | 3:10 | ||||||
33:48 |
Film 25 oktyabr 2011-ci ildə Image Entertainment şirkəti tərəfindən DVD və Blu-ray halında satışa çıxmışdır. Bu disklərə filmdən əlavə aktyorlarla müsahibələr, Ceykob Dilanın musiqi videosu, rəsmi treyler və televiziya reklamı daxil edilmişdir.[7]
Film ümumilikdə kafi olaraq qiymətləndirilib. Lakin Cenna Fişerin rolu isə hamı tərəfindən bəyənlib. "Rotten Tomatoes" saytında 44 tənqidçidən 41%-i filmi müsbət qiymətləndirmiş və film saytda 10 ballıq sistem üzrə 5.7 balla qiymətləndirilmişdir. "Metacritic"də isə film orta səviyyəli rəylər alaraq 21 tənqidçinin rəyinə əsasən 59 bal toplamışdır. A.V. Club-dan Natan Rabin film haqqında C+ qiyməti verərək belə düşünür : “Bu baxımlıdır amma kifayət qədər hərəkətsiz olan dram-komediya öz süjetinə danışılmayan real həyat bədbəxtlilərini daxil edərək bunları ittiham etməyə kiminsə haqqının olub olmadığını müzakirə edir.”[8]
İl | Mükafat | Kateqoriya | Nominasiya | Nəticə |
---|---|---|---|---|
2010 | Monreal film festivalı | Qızıl zenit | Maykl C. Ueythorn | Namizəd |
San-Diyeqo film festivalı | Ən yaxşı bədii film | Kiçik kömək | Qazandı[9] |