Kişessu (tarixi şəhər)

KişessuGüney Azərbaycanda mövcud olmuş tarixi şəhər. Təxminən Qızılüzən çayının yuxarı qismində yerləşmişdir.[1] Bu ehtimal verir ki, şəhərin çay qırağında olduğu üçün "Kişə+su", "Qoşa+su" anlamından alına bilər.

E.ə. 716-cı ildə Assuriya hökmdarı II Sarqon Urmiya gölü boyunca rayona, xüsusən Mannalar ölkəsinə yürüş etdi. II Sarqon bir neçə vilayəti və qalanı, o cümlədən mühüm qala sayılan Kişessunu işğal etdi. Xarxar da tutuldu və sakinləri əsir edilib aparıldı. İşğal edilmiş vilayətlərdə II Sarqon daha iki əyalət — Xarxar və Kişessu əyalətlərini yaratdı.[2]

  1. fa:کیشه‌سو
  2. Azərbaycan Tarixi (Yeddi cilddə), Ən qədimdən-b.e. III əsri, Bakı, Nəşr: Elm, 2007, ISBN 978-9952-448-36-8, səh 170]