Kişfaludi cəmiyyəti (mac. Kisfaludy Társaság) — 1836-cı ildə Peştdə yaradılan ədəbi cəmiyyət. 1830-cu ildə vəfat edən Karoy Kişfaludinin şərəfinə adlandırılmışdır. Cəmiyyətdə aylıq görüşlər keçirilir, mükafatar təqdim olunur, xalq mahnılarının toplanmasına maliyyə dəstəyi göstərilirdi və Macarıstanın ədəbi həyatında böyük bir qüvvə idi. Bundan əlavə, Kişfaludi cəmiyyəti İmre Madaçın “İnsanın faciəsi” kimi əsərlərin nəşr olunmasına köməklik edirdi. 1952-ci ildə cəmiyyətin fəaliyyəti sona yetirildi.