Kişmiş — xüsusi üzüm növündən hazırlanan çərəz. Eləcə də bu üzüm növünün adı.
Kişmişin bir neçə hazırlanma üsulu var. Kişmişi həm kölgədə (yəni isti və quru, amma gün düşməyən yerdə, məsələn damın altında, ilkin emaldan keçmiş üzüm salxımları ipdən asılırlar), həm də gün altında qurudurlar.
Kişmişin ilkin emalı üsulları da bir neçədir:
Kişmişi ilkin emalsız da qurudmaq olar, amma bu daha çox vaxt aparacaq və hazır məhsul nisbətən keyfiyətsiz olacaq.
Kişmiş elə belə yeyilə biləcəyi kimi cemi və kompotu da edilə bilər. Ayrıca, bir çox şirin və keksin içinə də qatılır. Tumları alınıb qara bibərlə birlikdə yeyilsə böyrəklərə yaxşı gələr və böyrək qumlarını tökməyə köməkçi olar. Bəkməz ilə birlikdə qansızlığı aradan qaldırmağa köməkçi olar. Ayrıca, üzüm tumundan çıxarılan üzüm yağı ürək xəstəlikləri və xolesterolda faydalıdır.
Tərkibindəki bor sayəsində beyin funksiyalarını yaxşılaşdırır. Kişmiş həmçinin sümük və sinir hüceyrələrini, ürək döyüntüsünü tənzimləyən maqneziumla boldur. Saçların uzanması üçün vacib vitaminlərlə zəngin olmaqla yanaşı yaşlanmağın qarşısını alır, siqaret və içkinin zərərli təsirini azaldır.[1] . Quranda da (Ənam surəsi 99) adı çəkilən meyvələrdən olan üzümün qurudulması ilə əldə edilən kişmiş faydaları baxımından çox qiymətli bir qidadır. Bəzi qida dəyərləri yaş üzümdən çoxdur. A və B1 vitaminləri ilə kalsium, kalium, dəmir və natrium kimi mineralları ehtiva edir. Ayrıca, 100 qram kişmişdə 290 kalori vardır.
Yaxşı bir enerji qaynağıdır. Qanı artırır və bədəni kökəldir. Qaraciyərə faydalıdır. Sinə xəstəliklərinə yaxşı gəlir. Bəlğəmi sökür. Qida dəyərləri ilə xüsusilə uşaqların inkişafını dəstəkləyir. Ayrıca, kişmişin içərisində ağrı kəsici və başda oynaq iltihabları olmaq üzrə iltihab önləyici maddələr də bir miqdar vardır.