Ki no Tsurayuki (yap. 紀貫之 ; 866 və ya 872, Heyan-kyo[d] – 30 iyun 945[1][2], Heyan-kyo[d]) — yapon şairi, Heyan dövrünün filoloqu, tanka janrında şeirlər yazan ədib, 36 ölməz şairdən biri.
Ki-no Tsurayuki | |
---|---|
yaponca 紀貫之 | |
Təxəllüsü | 内教坊の阿古久曽 |
Doğum tarixi | 866 və ya 872 |
Doğum yeri |
|
Vəfat tarixi | 30 iyun 945[1][2] |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | vaka şairi, yazıçı |
Əsərlərinin dili | yapon dili |
Tanınmış əsərləri | |
Ki no Tsurayuki Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Tsurayukinin həyatı və xarakteri ilə bağlı məlumatlar çox azdır. O həyatını əsasən ədəbiyyata həsr etmişdir. Tsurayuki köhnə zadəgan ailəsindən idi. O, Fucivara ailəsi tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. 905-ci ildə Tsurayuki İmperator Dayqonun (897-930) fərmanı ilə şairlər birliyinin başçısı təyin edilir (bu birlik sonralar "Kokin vakasyu" (Köhnə və yeni yapon şeirləri toplusu) külliyatını tərtib edəcəkdi). Yalnız 930-cu ildə Ki no Tsurayuki Tosa əyalətinin hakimi təyin edilmiş (930-935) və bu dövrdə "Şinsenvakasyu" külliyyatını tərtib etmişdi. 935-ci ildə Ki no Tsurayuki 5 il müddətində nazirlərə ona yeni vəzifə verilməsi xahişi ilə müraciət etsə də, bu müraciəti ilə bağlı müsbət cavab ala bilməmişdir. Yalnız 940-cı ildə Ki no Tsurayuki mərasimlər idarəsində (cibusyo) xarici işlər və buddizm rahiblərinin işi üzrə şöbəyə (qembaryo) rəis təyin edilir, 944-cü ildə isə ona 5-ci dərəcə verilir. Ki no Tsurayuki "Kokin vakasyu" ("Köhnə və yeni yapon şeirləri toplusu") külliyatının tərtib edilməsi işinə rəhbərlik etmişdi (külliyyata onun müəllifi olduğu 120 şeir daxil edilmişdi və ön sözün müəllifi də o özü olmuşdu). O, tanka janrında şeirlər yazırdı və o, özündən sonra bu janrda yazılmış 440 şeir qoyub getmişdir.[3]
936-cı ildə Ki no Tsurayuki Tosa Nikki əsərini yazmışdı. Bu əsər həm ədəbiyyatşünaslıq, həm də tarixşünaslıq baxımından qiymətlidir. Bu əsərdə şairin həyatının 2 ayı öz əksini tapmışdır. Nankaydonun cənub-qərbində yerləşən uzaq Tosa torpağına etdiyi səfərdən hökmdarla birlikdə paytaxta geri qayıtmasını təsvir edən bu əsər sözün əsl mənasında gündəlik deyil, gündəlik forması arxasında gizli lirik süjet xəttinə malik olan povestdir. Ədəbi mistizmlə başlayır. Müəllif özünü qadın elan edir və gündəliyini "kişi işarələri" (heroqlifləri) ilə yazmır. Görünür şeirlərin hamısı şəxsən Tsurayuki tərəfindən yazılmayıb.[4]