Hiei Dağı (yap. 比叡山) — Yaponiyada, Kioto şəhərinin şimal-şərqində, Kioto və Şiqa prefekturalarının ərazisində dağ. Dağ Biva gölünün və Otsu şəhərinin üzərində yerləşir.
Hiey dağı | |
---|---|
比叡山 | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 848,1 m |
Yerləşməsi | |
35°04′00″ şm. e. 135°50′18″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
VII-ci əsrin sonlarında burada Tenday məktəbinin UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil olan Enryakuji məbədi qurulmuşdu. O vaxtdan ölkənin dini mərkəzlərindən biri sayılır.
Dağda Botanika bağı və istirahət parkı, zirvənin yaxınlığında isə Enryaku-ji adlı böyük Buddist monastırı var. Dağın ətəyində Şinto ziyarətgahı Hiyoşi-taişa və böyük Buddist monastırı Mii-dera[1] yerləşir. Enryaku-ji bu günə qədər Tenday məktəbinin mərkəzidir.[2]
Burada daha kiçik məbədlər və ziyarətgahlar da var.
Dağa hər iki tərəfdən - Otsu şəhərindən (Sakamoto) Enryaku-ji monastırına və Kioto prefekturasındakı dağlardan zirvəyə və botanika bağına qədər funikulyor qalxır. Bu uzunluğu 2 km. olan, Yaponiyada ən uzun kanat yoludur.[3]
Hiei dağı əsrlər boyu bir çox xalq nağıllarında yer alıb. Əvvəlcə burada Şinto dininin tanrılarının yaşadığına inanılırdı.
Qədim paytaxt Kiotodan şimal-şərqdə yerləşdiyinə görə, qədim Geomantika təcrübələrində paytaxta mənfi təsirlərə qarşı qoruyucu bir dayaq olduğu düşünülürdü.[2]
Qeyri-adi olaraq, fransız temalı bir sıra tikililər də var. Zirvənin özündə bağlar və fransız rəsmlərini əks etdirən, fransız impressionizmindən bəhs edən Hiey Bağ Muzeyi, həmçinin fransız temalı otel "L'hotel de Hiei" (The Hiei Hotel) var. Dağda gündüzlər insan çoxlugu olur, lakin axşamlar işıqlandırma nümayişləri və ətraf şəhərlərin gecə mənzərəsini görmək üçün ziyarətçilər gəlir.
Dağ gəzintiçiləri üçün məşhur ərazidir və pullu yol avtomobillə dağın zirvəsinə çıxışı təmin edir. Gündə bir neçə dəfə dağın təpəsinə şəhərdən avtobuslar gedir.
Dağa həmçinin 2 funikulyor marşrutu var: Kioto tərəfdən kanat yolu və Sakamoto tərəfdən.