Kianq

Kianq[3] (lat. Equus kiang) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli yarımnövü. Onlara əsasən, Tibet və onun ətraf ərazilərində müşahidə edilir. Kianq Qulanların bir yarımnövü hesab edilir. Ancaq onlar digər yarımnövlərdən iri olur və daha çox ata bənzəyir.

Kianq
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Kianq
Beynəlxalq elmi adı

Xarici görünüş

[redaktə | mənbəni redaktə et]

Kianqların uzunluğu 210 sm, hündürlüyü 142 sm, çəkisi isə 250–400 kq ola bilir. Yayda rəngləri parlaq qırmızı rəng alır. Qışda tükləri uzanır. Rəngi qonurlaşır. Belinin tən ortasından qara xətt keçir.

Kianqlar əsasən, Tibetin dağ massivlərində və platolarında, Himalaydan şimaldakı ərazilərdə yayılmışlar. Ən çox saylı populyasiya Tibet Muxtar Rayonu ərazisində müşahidə edilir. Onlara həm də HindistanNepal ərazilərində belə rastlamaq mümkündür. Onların yayılma arealı 5000 metr hündürlüyə sahib olan dağ quru çölləridir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kianqlar qruplar halında yaşayırlar. Onlar sayları 5–400 baş olan qruplar təşkil edə bilirlər. Qrupun rəhbəri bir qayda olaraq iri dişi olur. Qruplar daimi olur. Onlar qida arxasınca uzun məsafə qət etməli olurlar. Erkəklər bütün yay dönəmində tənha yaşayır. Qışda isə subaylardan ibarət olan qrupa qoşulur.

Onlar qida və su arxasınca uzun məsafə qət edə bilirlər. Bu canlılar otyeyən olduğundan əsasən otlarla qidalanırlar. Otun bol olduğu dönəmdə 45 kq əlavə çəki ala bilirlər (iyul-avqust).

İyul-avqust aylarında qrup halında gəzən dişilərin arxasınca düşərək çütləşmək üçün mübarizə aparmalı olurlar. Çütləşmə dövrü sentyabrın ortaları bitir. Boğazlıq dövrü bir il çəkir. Onlar ancaq bir bala doğurlar. Bala doğulduqdan bir neçə saat sonra ayaq üstə dura bilirlər. Yetkinlik dövrünə iki və yuxarı uyaşlarında çatırlar. İndiyə kimi ən çox yaşayan kianqın yaşı 26 olmuşdur.

Vəhşi eşşək növlərindən fərqli olaraq nəslinin kəsilməsi təhlükəsi yoxdur. Ancaq bununla belə sayında son 50–60 il ərzində azalma müşahidə edilir. Hazırda Çində 65 min kianq vardır. Onlardan 45 mini Tibetin payına düşür. Hindistanda 2000 baş olması ehtimal edilir. Pakistan, NepalButanda sayları məlum deyil.

Bəzən Kianqları Qulanların bir növü olaraq qəbul edirlər. Ancaq DNK analizləri onların müstəqil növ olmasını təsdiq etmişdir. Onların üç yarımnövü vardır:

  • E. k. polyodon
  • E. k. holdereri
  • E. k. kiang
  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Фишер Д., Саймон Н., Винсент Д. Красная книга. Дикая природа в опасности / пер. с англ., под ред. А. Г. Банникова. — М.: Прогресс, 1976. — С. 137. — 478 с.
  • Ronald M. Nowak: Walker’s Mammals of the World. Johns Hopkins University Press, Baltimore 1999, ISBN 0-8018-5789-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]