Kiasma Müasir İncəsənət Muzeyi

Kiasma Müasir İncəsənət Muzeyi — Kiasma vizual mədəniyyət Mərkəzi - FinlandiyanınHelsinkinin ən çox ziyarətçisi olan muzeylərindən biri.

Kiasma Müasir İncəsənət Muzeyi
Kiasma
Xəritə
Əsası qoyulub 1998
Mövzu Müasir incəsənət muzeyi
Ölkə
Yerləşir Finlandiya, Helsinki şəhəri
Kolleksiyası 4 000
Ziyarətçi sayı 165,715 (2013)
Direktor Leevi Xaapala - 1 iyun 2015-ci ildən
60°10′18″ şm. e. 24°56′13″ ş. u.
kiasma.fi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kiasma Müasir İncəsənət Muzeyinin əsası 1998-ci ildə qoyulmuşdur. Muzeyin binasının layihələşdirilməsi və planlaşdırılması 40 il ərzində davam etdirilmişdir.

Muzey Helsinki şəhərinin mərkəzində, Mannerheyminaukino meydanında, marşal Mannerheymin abidəsinin yaxınlığında yerləşir. Kiasma Müasir İncəsənət Muzeyi Ateneum Bədii muzeyi, Sinebryuxov bədii muzeyi, Finlandiya mərkəzi Bədii Arxivi ilə birlikdə Finlandiya Milli Qalereyasının tərkibinə daxildir.

Muzeyin eksponatları

[redaktə | mənbəni redaktə et]

Muzeyin fondunda müasir incəsənətə aid 4 minə yaxın eksponat saxlanılır. Muzeyin eksponatlarından ibarət sərgilər hər il yenilənir, 4-cü və 5-ci mərtəbələrdəki müvəqqəti sərgilər il ərzində 3-4 dəfə dəyişdirilir. 2013-cü ildən muzeyə Rusiyadan gələn turistlərə eksponatlar haqqında məlumat rus dilində verilir [3].

Muzeyə 4 №-li tramvay, 15 №-li avtobus və metronun Rautatientori stansiyası vasitəsilə getmək mümkündür. Muzey həftənin III-V günləri saat 10:00-dan 23:00-dək, II və bazar günləri saat 10:00-dan 17:00-dək işləyir.

  1. 1 2 archINFORM (alm.). 1994.
  2. 1 2 http://www.museot.fi/museohaku/index.php?museo_id=21118.
  3. http://yle.fi/uutiset/muzyei_sovremennogo_iskusstva_kiasma_zagovoril_po-russki/7219159 Arxivləşdirilib 2016-03-27 at the Wayback Machine Музей современного искусства Киасма заговорила по-русски.2014
  4. http://yle.fi/uutiset/novym_glavoi_muzyeya_sovremennogo_iskusstva_kiasma_izbran_lyeevi_khaapala/7873594Новым[ölü keçid] главой музея современного искусства Kiasma избран Лееви Хаапала. 2015