Kifara

Kifara (yun: κιθάρα) qədim yunan simli musiqi alətidir və hal-hazırda müasir yunan dilində klassik gitaranı da təsvir etmək üçün bu sözdən istifadə olunur. Bayramlarda, xüsusilə Apollon ilahının şərəfinə keçirilən kult mərasimlərində çalınmasına üstünlük verilmiş xüsusi bir musiqi aləti idi. Liraya oxşar olduğu düşünülsə də, lira daha kiçikdir və ayaqları yoxdur.[2]

Kifara
Hornbostel–Zaks təsnifatı 321.22[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kifaralı Apollon Heykəli, (Perqam muzeyi, Berlin)
Kifara çalan Apollon freskası, Palatin Antiquarium, Roma, eramızın 50-ci illəri
Kifara çalan Muza

Kifara beş-on iki arası simləri olan simli alətdir və inkişafını eramızdan əvvəl VIII-VII əsrlər arasında dörd simli musiqi aləti olan Phorminksə (φόρμιγξ) borcludur. Hər iki alət ilah Apollona aid edilir. Əsas hissəsini əl işləməsi olan taxta səs qutusu təşkil edir. Qabaq tərəfi yastı, arxa tərəfi günbəzlidir (sikkə və heykəllərdə), alt tərəfi isə yenə də yastıdır. Səs gövdəsinin hər iki tərəfindən əyilərək bir-birlərinə oval formada yüksələn iki qol bir-birinə paralel formada bitirlər. Beləliklə, alət başı aşağı dayanan böyük Omeqaya (Ω) oxşayır.[3] Bir boyunduruq iki paralel qolu birləşdirir və həmçinin simlər üçün bir kiriş rolunu oynayır. Simlər bu hissədən çıxıb səs gövdəsinin üzərindən V şəklində keçirlər və körpünün üzərindən sim tutucuya çatır və alətin altında başa çatır.[4]

Dirsəklər gərgin və ovucun içərisi içəriyə istiqamətlənmiş formada əyilmiş şəkildə sağ əl ilə tutulan mizraq (fil sümüyü, ağac və ya metaldan hazırlanır) vasitəsi ilə çalınırdı[5] və bu arada sol əlin düz saxlanılmış barmaqları ilə simlər çəkilirdi.[5]

  1. Consortium M. Revision of the Hornbostel-Sachs Classification of Musical Instruments by the MIMO Consortium.
  2. "guitar". Online Etymology Dictionary. 30 noyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2016.
  3. Aristotle. Politics. 1341a. Aristotle calls the cithara an organon technikon
  4. West, M.L. Ancient Greek Music. Oxford, UK: Oxford University Press. 1992. ISBN 0-19-814975-1.
  5. 1 2 Maas, Martha; Snyder, Jane McIntosh. Stringed Instruments of Ancient Greece. New Haven, CT: Yale University Press. 1989-10-09. ISBN 978-030003686-2.